Hamiləliyin başlanğıcı və ilkin dəyişikliklər


Hamiləliyinizin başlanğıcı cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəl, yəni son menstruasiyanın (aybaşı) ilk günündən qəbul edilir. Yəni, aybaşınızın başladığı gün hamiləliyiniz başlanğıc günü hesab olunur. Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da tam dəqiq məlumat hesab etmək olmaz.
Hamiləlik ümumilikdə 280 gün yəni 40 həftə davam edir. Hamiləlik hesablaması isə ay deyil, həftə ilə ölçülür.
Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən - mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.
Birinci trimestr və ya hamiləliyin ilk həftələri hamiləliyin ən vacib, ən məsuliyyətli dövrüdür. Bu dövrdə yeni bir həyatın, yeni orqanizmin bütün orqanlarının və sistemlərinin təməli qoyulur, insanın aktiv formalaşması baş verir. Bu dövrdə döl daxili qıcıqlara və ana orqanizmi vasitəsilə təsir göstərən istənilən xarici qıcıqlara qarşı xüsusilə həssas olur.
Hamiləliyin əlamətləri
Hamiləlik dövründə baş verən dəyişikliklər mütləq hamilə qadının ümumi vəziyyətində bu və ya digər dərəcədə əks olunacaqdır. Əlbəttə bu dəyişikliklər fərdidir.
Qadınlar hamiləliyin erkən dövrlərində qeyd olunan əlamətlər barədə danışdıqda bu əlamətlərin fərqli olması nəzərə çarpır. Bəzi qadınlar hamiləliyin ilk günündən hamilə olduqlarını hiss etdiklərini bildirirlər. Digər qadınlar isə yalnız ürəkbulanma , bayılmalar qeyd olunduqdan sonra hamilə olduqlarını bildiklərini deyirlər.
Əlamət
|
Hamiləlik müddəti
|
Digər səbəblər
|
Aybaşının olmaması |
Hamiləlik dövründə |
Səyahət, yorğunluq,stress, hormonal pozğunluqlar, dərman preparatları və ya təyin olunmuş dərmanların qəbulunun dayandırılması, laktasiya dövrü |
Ürəkbulanma və qusma |
2-8 həftə |
Qida zəhərlənməsi, infeksiyalar, dərman preparatlarının qəbulu |
Sidik ifrazının tezləşməsi |
6-8 həftə |
Sidik yollarının infeksiyası, dərman preparatlarının qəbulu |
Süd vəzilərinin şişkinləşməsi |
Hamiləliyin ilk günlərindən başlayaraq bütün hamiləlik dövründə |
Aybaşıdan əvvəl, kontraseptiv həblərin qəbulu
|
Uşaqlıq yolunun selikli qişasının rənginin dəyişməsi |
Hamiləliyin I trimestrində |
Aybaşıdan əvvəl
|
Döş gilələrinin ətrafında olan sahənin tündləşməsi |
Hamiləliyin I trimestrində |
Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi |
Döş və qarın nahiyələrində mavi və ya çəhrayı xəttlər |
Hamiləliyin I trimestrində |
Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi |
İştahanın artması |
Hamiləliyin I trimestrində |
Stress, aybaşıdan əvvəl , pəhrizin pozulması |
Göbəklə qasıq nahiyəsi arasında olan xəttin tündləşməsi |
Hamiləliyin 4-5-ci ayında
|
Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi |
Hamilə qadınların əksəriyyəti mayalanmadan və döl yumurtası uşaqlıq boşluğuna düşdükdən sonra orqanizmdə baş verən nəzərəçarpan dəyişiklikləri hiss etməyə başlayırlar.
Əsasən hamiləliyin baş verməsini ilk günlərdən başlayaraq qeyd olunan əlamətlərə əsasən bilmək olur. Bu əlamətlər ananın orqanizmində baş verən dəyişiklilərin təzahürüdür. Bəzi əlamətlər hamiləliyin sonuna qədər davam edir.
Mayalanmadan sonra ilk günlərdə gələcək anada ümumi zəiflik, yuxululuq qeyd olunur. Hamiləliyin başlanğıcı üçün bu əlamətlər normaldir. Hamilə qadına daha çox dincəlmək və sutka ərzində 9-10 saat yatmaq tövsiyə olunur.
Hamiləliyin başlanmasının daha bir səciyyəvi simptomu qusma ilə müşayiət olunan ürəkbulanmadır. Bu əlamətlər günün istənilən vaxtında qeyd oluna bilər, lakin əsasən səhər saatlarında olur. Bu simptomlar erkən toksikozun ilk əlamətləridir. Erkən toksikoz əlamətlərinin aradan qaldırılması vacibdir. Yataqdan qalxmazdan öncə kreker və ya suxarı yemək, sonra yataqdan qalxaraq bir stəkan su içmək tövsiyə olunur.
Qadın üçün xoşagəlməz olan kəskin qoxular, qadın uzun müddət havasız və insanların çox olduğu otaqda qaldıqda ürəkbulanma meydana çıxa bilər. Ürəkbulanma bayılmalarla, başgicəllənmə ilə, zəifliklə və yuxululuqla müşayiət oluna bilər.
Bəzi hallarda hamiləlik iştahanın nəzərəçarpan dərəcədə artması ilə müşayiət olunur. Bundan başqa qadında dad hissiyyatı da dəyişə bilər. Bəzi qadınlar hamiləliyin birinci trimestrində aclıq hissiyyatının çox olmasını bildirirlər. Hamiləliyin əvvəlində aclıq hissiyyatı o qədər güclü olur ki, gələcək analar gecə nə isə yemək üçün yuxudan oyanırlar.
Bəzi hallarda hamilələr qida rasionuna tabaşir, kömür, gil kimi qida üçün nəzərdə tutulmayan maddələri daxil edirlər. Bu da orqanizmdə bu və ya digər elementlərin çatışmazlığı ilə izah olunur.
Hamiləliyin daha bir təzahürü və əlaməti gələcək ananın əhval ruhiyyəsinin tez-tez və kəskin dəyişməsidir. Bu hormonal sistemdə olan dəyişikliklərlə əlaqəlidir. Gün ərzində hamilə qadının əhval ruhiyyəsi təxminən 5-8 dəfə dəyişə bilər.
Hamiləliyin fizioloji əlamətləri
Hamiləliyin erkən dövrlərində fizioloji əlamətlər qeyd oluna bilər. Uşaqlığın ölçüləri böyüməyə başlayır. Böyümüş uşaqlıq sidik kisəsinə təzyiq edir. Təzyiqin hələ zəif olmasına baxmayaraq sidik ifrazının tezləşməsi qeyd olunur.
Süd vəzilərində də dəyişiklilər qeyd olunur. Süd vəziləri böyüyür, şişkinlik qeyd olunur. Bəzi hallarda süd vəzilərində ağrı da ola bilər. Gilələrin rəngi tündləşir, böyümə qeyd olunur. Beləliklə süd vəzilərinin gələcək laktasiyaya hazırlığı baş verir.
Nəticə
Hamiləliyin ilk günlərinin və həftələrinin ən məsuliyyətli dövr olduqunu bilmək və yadda saxlamaq vacibdir. Bu dövr hamiləliyin gedişinə, dölün inkişafına, doğuş prosesinə təsir göstərir.
İlk günlərdə və həftələrdə hamilə qadın öz sağlamlığına ciddi diqqət verməli, zərərli vərdişləri varsa, onlardan uzaq olmalı, qida rasionunu dəyişdirməli və yaxşılaşdırmalıdır ki, hər iki orqanizm ( ananın və uşağın) sağlamlıq və inkişaf üçün kifayət qədər maddələrlə təmin olunsun.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri