C vitamini


C vitamini immunitetin möhkəmlənməsinə cavab verir. Hamiləlik dövründə qadınlar infeksiyalara daha həssas olduğundan, C vitamininə tələbat da yüksəlmiş olur. Sitruslar (portağal, limon), qara qarağat, çiyələk, kələm və şirin bibər tərkibində C vitamini səviyyəsi yüksək olan qida məhsullarıdır. Bu səbəbdən sadalanan məhsullar hamilə qadınların gündəlik rasionuna daxil edilməlidir. Yemək vaxtı 1 stəkan portağal və ya qreypfrut şirəsi için. Şirədə olan C vitamini dəmirin sorulmasına da kömək edəcək.
Vitamin C dəmirin absorbsiyasını sürətləndirir.
Vitamin C orqanizmdə dəmirin sorulması prosesinə kömək edir. Yemək vaxtı 1 stəkan portağal şirəsi ideal qərardır. Lakin portağal şirəsindən başqa digər şirələri və ya dəmirlə zəngin mineral su və ya digər içkiləri də içmək olar. Çalışın ki, tanin tərkibli məhsullardan, o cümlədən kofe və çaydan ( qara və yaşıl çay) az istifadə edəsiniz. Çünki tanin tərkibli məhsullar dəmirin sorulmasını çətinləşdirir.
Hamiləlik zamanı nə qədər C vitamini qəbul edilməlidir?
Hamilə qadınlar üçün tövsiyyə olunan gündəlik C vitamini miqdarı:
⁃ 18 həftədən əvvəl- 80 mg
⁃ 19 həftədən sonra- 85 mg
⁃ Süd verən analar -120 mg
Hamiləlik zamanı C vitaminin azlığı yorğunluq, diş əti qanaması, yaraların gec sağalması, dərinin quru olması kimi əlamətlərlə özünü birüzə verir. Qəbul etdiyimiz digər qidaların tərkibindəki dəmirin bağırsaqlardan sorula bilməsi üçün də C vitamini ilə zəngin qidalar qəbul edilməlidir. Lakin, hamiləlik zamanı tövsiyyə edilən hədd aşılmamalıdır. Belə ki, həddindən artıq C vitamininin qəbulu erkən doğum riskini artıra, şişkinlik, ishal, böyrək daşının yaranmasına səbəb ola bilər.
Beləliklə, tövsiyyə edilən dozanı aşmamaq şərti ilə C vitamini həm hamilə qadın, həm də gələcək körpəsi üçün vacib vitaminlərdən biridir.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri