Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Əkiz hamiləlikdə doğuş

Vaginal doğuş. Əgər əkizlərə hamiləsinizsə, və körpələrinizi normal doğuşla dünyaya gətirmək istəyirsinizsə, bilin ki, əkiz döllü doğuşlarda hər an hər şeyə hazır olmalısınız. Birinci döl baş gəlişindədirsə, tez bir zamanda doğula biləcəyi kimi doğulması xeyli uzun da çəkə bilər. Adətən, birinci döl doğulduqdan sonra ikinci döl 10-30 dəqiqə ərzində doğulur. Bəzi hallarda isə, ikinci dölün doğulması üçün həkimin müdaxiləsinə (daxili çevirmə, vakuum ekstraktor istifadəsi və s.) ehtiyac duyulur. Məhz buna görə də həkimlərin çoxu əkiz döllü doğuşlarda epidural anesteziyanı məsləhət görür.