Omega 3


Doymamış yağ turşularının ən mühüm nümayəndələri omega-3 və omega-6 yağ turşularıdır. Bu maddələr insan orqanizmində sintez edilmir, buna görə də xaricdən qəbul edilməlidir.
Omega-3 və omega-6 arasında nisbət ən həssas təbii balanslardan biridir. Normada 1:1 olmalıdır. Tarazlığın omega-6 lehinə pozulması bir sıra fəsadlara gətirib çıxara bilir.
Omega-3 hüceyrə divarının tərkibinə daxildir, maddələrin hüceyrədaxili və xarici mühit arasında transportunda iştirak edir. Bununla yanaşı, omega-3 yağının aşağıdakı faydaları var:
Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır;
Görmə analizatorunun patalogiyalarının qarşısını alır;
Yaddaş zəifliyi, Alzheymer xəstəliklərinin əmələ gəlmə riskini azaldır;
Sümükləri gücləndirir və laxtalanma ilə bağlı patalogiyaların və qanda qlükozanın səviyyəsinin qarşısını alır.
Hamiləlikdə omega-3 qəbulu, xüsusilə, əhəmiyyətlidir. Omega-3 dölün gözlərinin, beyninin, sinir toxumasının inkişafında mühüm rola malikdir. Son trimestrdə omega-3 yağ turşularına təlabat artır. Bu dövrdə gündəlik qəbul minimum 250 mq-dır.
Əgər hamilə qadın orqanizmində omega-3 çatışmazlığı varsa, dölün inkişafı üçün lazımı omega-3 ana orqanizminin mənbələrindən sorulur. Belə ki, bu, ananın sinir hüceyrələrinin ğlümü hesabına ola bilər. Təsadüfi deyil ki, kifayət qədər omega-3 qəbul etməyən hamilələrdə postpartum-depressiya daha çox rast gəlinir.
Omega-3-ün təbii mənbələri balıq, kətan toxumu, kənd yumurtası, avakado, kələm, ispanaq və qozdur.
- Hamiləliyin başlanğıcı
-
Sizi qarşıda nə gözləyir?
- Dölün tərpənməsini hamiləliyin hansı həftəsindən sonra hamilə qadın hiss etməyə başlayır?
- Hamiləlik dövründə süd ifrazı
- Düşüklə nəticələnən hamiləlik
- Hamiləlikdə yataq rejimi
- Hamiləlik vaxtı striyalar (dəri dartılması)
- Vakuum və maşaların tətbiqi ilə doğuş
- Ana südünün saxlanması
- Körpəni başqasının qucağına ötürmək
- Uşaq otağının döşənməsi
- Körpəni rahatlatmaq
- Körpəni masaj etmək
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri
- Hamiləlik dövründə yumurta yemək təhlükəsizdirmi?