Hamiləlik dövründə peyvəndlər


Ümumiyyətlə, çalışmaq lazımdır ki, hamiləlik dövründə peyvənd olunmasın. Hamiləlik dövründə ancaq müəyyən şərtlər daxilində peyvənd edilə bilər. Hamiləliyin I trimestrində diri vaksinin yeridilməsinə yol vermək olmaz. Ən düzgün yol hamiləlikdən əvvəl infeksiyalara qarşı immunitetin olub-olmamasını müəyyən etməkdir. Gələcək ana üçün ən vacib olan məxmərək, tetanus, difteriya və göyöskürək kimi xəstəliklərdən müdafiədir.
Hamiləlik zamanı immun sistemdə dəyişikliklər qeyd olunur. Bu dəyişikliklər antitellərin hasilatının azalması ilə təzahür edir. Bu səbəbdən xəstəlik törədiciləri orqanizmdə daha sürətlə çoxalır. Belə olan halda diri vaksinin yeridilməsi ananın immun sistemi üçün əlavə yük rolunu oynayır. Ən xoşagəlməz halda döl üçün də təhlükəli ola bilər. Peyvənddə zəifləmiş də olsa diri xəstəlik törədicisi olduğundan onlar adi bakteriyalar kimi artıb çoxalırlar. Vaksin ananın özünə təsir etməsə də, dölə neqativ təsir göstərə bilər. Bunu nəzərə alaraq hamiləlik dövründə istənilən peyvənddən yayınmağa çalışmaq lazımdır.
Təsirsiz vəziyyətə gətirilmiş (öldürülmüş) zərdablarla peyvəndə icazə verilməsinə baxmayaraq hər dəfə hamilə qadının peyvənd edilməsi məsələsi qoyulduqda ehtimal olunan riski və üstünlüyü ciddi dəyərləndirmək vacibdir. Peyvənd edilməsinə imkan verən əsas şərt real xəstəliyə yoluxma riskinin olmasıdır ( məsələn, hamilə qadın xəstəliyin yayıldığı zonaya səyahət etmək məcburiyyətindədirsə). Digər hallarda peyvəndi hamiləlik başa çatdıqdan sonra aparmaq planlaşdırılmalıdır.
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma