Hamiləlik və tromboz


Tromboz dedikdə damar mənfəzinin qan laxtası ilə tutulması nəzərdə tutulur. Tromblar əsasən aşağı ətraf damarlarında yaranır və venaların iltihabına gətirə bilər. Ağır hallarda ağciyər damarlarının, baş beyin damarlarının, ciftin damarlarının trombozu qeyd oluna bilər.
Xəstəliyin gedişatı damarın bağlanmasının hansı dərəcədə olmasından asılıdır. Adətən ayaqların kiçik trombozu ciddi bir patologiyaya gətirmir. Lakin ağciyər arteriyasının trombozu qadının həyatı üçün son dərəcə təhlükəlidir.
Hamiləlik dövründə tromboz riski 4 dəfə yüksəlir, erkən zahılıq dövründə tromboz təhlükəsi daha 14 dəfə yüksəlmiş olur.
Əlavə risk faktorlarına ananın yaşının 35-dən çox olması, bədən kütləsinin çox olması – BKİ > 27, çoxdöllü hamiləlik, həkim təyinatı ilə yataq rejimi aid edilir.
Profilaktika
Aşağıda sadalanan tövsiyələrə əməl etməklə Siz aşağı ətrafların ödeminin qarşısını ala və mümkün tromboz riskini azalda bilərsiniz.
- Çalışın ki, uzun müddət bir yerdə dayanmayın, oturmayın, xüsusilə yay fəslində. Çalışın ki, hərəkətdə olasınız.
- Dabansız rahat ayaqqabı geyin. Dikdaban ayaqqabı – ödümli ayaqlar üçün zəhərdir.
- Saunaya, buxar hamamına getməyin. Yüksək temperaturda venalar genişlənir. Kontrast duş, soyuq su ilə ayaqların yuyulması yaxşı təsir göstərir.
- Sağlam qidalanma – faydalı qidalanma, meyvə və tərəvəzlərin qida rasionuna daxil edilməsi orqanizmdən artıq mayenin xaric olunmasını stimullaşdırır.
- Yorğun ayaqlar üçün ən yaxşı müalicə - hərəkətdir. Lakin qaydasında. Həddən artıq fiziki gərginliyə yol vermək olmaz. Üzgüçülük, piyada gəzintisi ideal profilaktik vasitədir.
Müalicə
Tromboz əlamətləri qeyd olunduqda mütləq müalicə aparılmalıdır. Qəflətən bir ayağın şişməsi, şişkinliyin hərarətin yüksəlməsi və “basıcı” ağrılarla müşayiət olunması dərin venaların trombozunun əlamətləri ola bilər. Qəfildən meydana çıxan təngnəfəslik, nəbzin tezləşməsi, şok vəziyyətinə gətirən damar kollapsı ağciyər arteriyasının emboliyasının əlamətidir.
Tromboza şübhə olduqda dərhal klinikaya müraciət olunmalıdır. Tromboz diaqnozu təsdiq olunarsa, dərhal qanı duruldan dərman preparatları təyin olunur. Əsasən heparin preparatları təyin olunur. Göstəriş olduqda heparinlə müalicə hamiləliyin sonuna qədər və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq doğuşdan sonrakı dövrdə 6 həftəyə qədər müddət ərzində aparıla bilər.
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma