Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Ana südü haqqında bilmədiklərimiz

         Ana südü körpələr üçün mühüm əhəmiyyət kəsb edir. Ana südü ilə bağlı bir sıra bilmədiyimiz faktlar var:

        - Ananın yediyi qidalardan asılı olaraq, südün qoxusu, dadı dəyişə bilər.

           Ana südünün 90 faizi sudan ibarətdir.

        - Körpənin ilk 6 ay ərzində əlavə maye və qidaya ehtiyacı yoxdur. Sadəcə olaraq, ana südü ilə qidalanma körpələr üçün kifayət edir.

        - Ana südü ilə qidalandırma körpənin beyin inkişafını təmin edir və böyüdüyü zaman uşağın məktəb göstəricilərinin artmasına köməklik edir

        - Ana südü 1.5 saatda həzm olunur. Buna görə də uşaqların iki saatdan bir qidalanması lazım gəlir.

        - Menstruasiya zamanı ana südündə azalma müşahidə oluna bilər.

        - Ana südü ilə qidalandırma döş xərçəngi, yumurtalıq xərçəngi və diabet riskini azaldır.