Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə panik atak

Hamiləlik xüsusilə də ilk dəfə ana olacaq qadınlar üçün qayğılı bir dövrdür. Bu qayğını və narahatlığı hiss etməniz normal bir haldır. Təbii ki əgər bu narahatlıqlar panik ataka səbəb olmursa...

    Hamiləlikdə panik atak keçirən qadınların çoxu daha əvvəl də keçirənlərdir. Əgər panik atak keçirmisinizsə, yəqin ki simptomların çoxu sizə tanışdır. Qorxu, narahatlıq hissi ilə yanaşı taxikardiya-ürək döyüntülərinin sayının artması, tərləmə, titrəmə, nəfəs almada çətinlik, boğulma hissi, döş qəfəsində ağrı, ürəkbulanma, qarın ağrısı, başgicəllənmə, əl və ayaqlarda keyləşmə və ya qarışqa gəzməsi hissiyatı, istibasma xarakterik panik atak simptomlarıdır. Bunlar əlbəttə ki xüsusilə ilk dəfə təzahür etdiyi zaman insanı çox narahat edə bilər. Narahat olmayın, bu simptomların heç biri körpənizin inkişafına təsir göstərmir.

     Yenə də, əgər panik atak yaşasanız, həkiminizi xəbərdar edin. Psixoterapiya nəinki hamiləlikdə, hər zaman panik atakdan əziyyət çekənlər üçün ən effektiv müalicə üsuludur. Lakin psixoterapiya ilə tutmaların sıxlığı azalmırsa, simptomları yüngülləşmirsə, həyat keyfiyyətinizə panik atak pis təsir edirsə dərmanla müalicə haqda düşünməkdə fayda var. Əgər hamiləlikdən əvvəl də dərman qəbul edirdinizsə, çox güman ki həkiminiz psixiatrla birgə dərmanı dəyişdirməyi, yaxud dozasını azaltmağı məsləhət görəcək. Dərman müalicəsiylə yanaşı hamilə yogası, meditasiya ilə məşğul ola bilərsiniz. Daxili sakitıiyinizin qorunması üçün yoga və meditasiya ən effektiv üsullardan biridir.

     Qidalanmanıza diqqət edin, kofein və şirniyyatdan uzaq durun. Kofein sinir sistemini oyadaraq narahatlığı artırma xüsusiyyətinə sahibdir. Bol su için, omega-3 yağ turşularını qisa rasionunuzdan əksik etməyin. Bununla yanaşı qayğılarınızı, sizi narahat edən problemləri bir yaxınınızla bölüşmək, və ya yazmaq da sizə mənəvi rahatlıq gətirə bilər.