Hamiləlik və doğuşa görə məzuniyyət


Hamiləlikdə hansı həftəyə qədər işləməliyəm? Analıq məzuniyyətinə nə vaxt çıxmalıyam?
· Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir(doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü).
· Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır(+14 təqvim günü).
Kənd təsərrüfatı istehsalatında (taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bağçılıq, südçülük, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq,malçılıq, arıçılıq,bağçılıq) işləyən qadınlara isə:
· Normal doğuş zamanı-140 təqvim günü( doğuşa qədər 70, doğuşdan sonra 70 təqvim günü olmaqla);
· Ağır doğuş zamanı-156 təqvim günü( doğuşa qədər 70, doğuşdan sonra 86 təqvim günü olmaqla);
· İki və daha artıq uşaq doğulduqda-180 təqvim günü(doğuşa qədər 70, doğuşdan sonra 110 təqvim günü olmaqla) analıq məzuniyyəti verilir.
Övladlığa uşaq götürmüş analar üçün 56 təqvim günü müddətində analoji məzuniyyət verilir.
Hansı hallarda analıq məzuniyyətinə 14 gün əlavə olunur?
· Çoxdöllü doğuşlar( əgər ana diri uşaq ilə evə yazılırsa);
· Vaxtından qabaq doğuşlarda diri uşaq ilə evə yazılırsa;
· Hamiləlik dövrünün hipertenziyası,preeklampsiya, eklampsiya kimi hallarda;
· Kesar kəsiyi ilə doğş;
· Mamalıq maşasının qoyulması;
· Dölü vakuum-ekstraktro ilə xaric edilməsi;
· Ciftin əllə ayrılması;
· Uşaqlıq boşluğunun əllə və alətlərlə müayinə olunması;
· Hamiləlik zamanı 2-ci və daha artıq dərəcə anemiyası olan, qan və ya qanəvəzedicilər köçürülən qadınlar;
· Uşaqlıq boynunun, aralığın 3-cü dərəcəli cırılması və qasıq bitişməsinin aralanması ilə ağırlaşan doğuşlar;
· Zahılıq dövrünün xəstəlikləri( endometrit, tromboflebit, çanaq boşluğu orqanları və perotonun iltihabı, ümumi septik xəstəliklər, irinli mastit) ilə ağırlaşan doğuşlar.
· Anada ürək qüsurunun bütün formaları;
· Ürəkdə keçirilmiş əməliyyatdan sonrakı vəziyyət;
· Hemodinamikanın pozulma drəcəsindən asılı olmayaraq bütün anadangəlmə qüsurlar;
· Hamiləlik və doğuş vaxtı aktiv revmotik prosesin olması;
· Hipertoniya xəstəliyi;
· Hamiləlik və doğuş zamanı hipotonik sindrom;
· Leykozlar;
· Verlhof xəstəliyi;
· Hemorragik vaskulit;
· Vərəmin aktiv forması;
· Böyrək və böyrək ləyəninin xəstəlikləri;
· Tireotoksikoz;
· Şəkərli diabet;
· Qaraciyər funksiyasının pozulması ilə müşayiət olunan parenximatoz hepatit;
· Virus hepatiti.
-
Maraqlı məlumatlar
- Səyahət
- Qız, yoxsa oğlan
- Maye qəbulu
- Hamiləlikdə geyim
- Hamiləlik haqqında maraqlı faktlar
- Ultrasəs müayinəsi nədir?
- Qeysəriyyə əməliyyatından sonrakı bərpa:ilk altı həftə
- Erkən doğuş: mental və emosional hazırlıq
- Hamiləlik zamanı hansı simptomlara diqqət yetirmək gərəkdir
- Hamiləlik və COVID-19 pandemiyası
- Hamilə qadının qidalanması
- 40 yaşdan sonra hamiləlik diqqət tələb edir
- Hamiləlikdə COVID-19 peyvəndinin təhlükəsizliyi
- Gec doğuş haqqında 6 mif
- Döl mənşəli xəstəliklər necə yaranır?
- Sağlam olmaq üçün stimul əldə edin
- Körpəni təhlükəsiz ətraf mühitlə təmin etmək
- Sağlam hamiləlik planı
- Körpəm əvvəlki kimi tez kökəlmir
- Ana südü ilə qidalanan sağlam körpənin nəcisi
- Siz və partnyorunuz