Hamiləlikdə depressiya


Hər insanın həyatında özünü pis hiss etdiyi, heç bir işlə məşqul olmaq istəmədiyi, heç nədən zövq almadığı günlər olur. Lakin bu vəziyyət uzum müddət dəvam edir, həyat keyfiyyətinə təsir edirsə deməli normadan kənara çıxma halı mövcuddur.
Depressiya hər 4 qadının 1-də həyatının hər hansı zaman kəsiyində rast gəlinir.ACOG-un verdiyi məlumata görə, hamilə qadınların 14-25%-i hamiləlik zamanı depressiyadan əziyyət çəkir. Hamiləlik zamanı ilk dəfə ortaya çıxdıqda isə qadınlar adətən bunu hormonal balansın dəyişməsinin bir nəticəsi olaraq görürlər, buna görə də az hallarda psixoloq və ya psixiatra müraciət edirlər.
Neçə vaxtdır ki özümü kefsiz hiss edirəm. Depressiyada olub-olmadığımı necə bilərəm?
Əgər aşağıdakı simptomlar 2 həftədən daha artıq müddət davam edirsə,depressiyadan şübhələnmək olar.
· Əhval-ruhiyyənin pisləşməsi.Diqqəti toplamaqda çətinlik.
· Az və ya çox yatmaq.Hər zaman zövq aldığınız işlərdən zövq ala bilməmək.
· Ümidsizlik hissi,tez-tez intihar və ölüm haqda düşünmək.
· Narahatlıq.
· Dəyərsizlik hissi.
· Yemə pozulmaları-həddən artıq və ya az yemək.
Hamiləlikdə depressiya bir sıra səbəblərlə bağlı ola bilər. Bunlara ailə problemləri, maddi sıxıntılar, partnyordan kifayət qədər mənəvi dəstək görməmək, daha əvvəlki hamiləliklərdə baş vermiş düşüklər, stressli həyat tərzi, yüksək riskli hamiləliklər və s. aiddir.
Ailədə birinci dərəcəli qohumların depressiya keçirmiş olması, və ya şəxsin özünün anamnezində depressiyanın olması hamiləlikdə bu halın təkrarlanma riskini artırır.
Hamiləyəm və depressiyadayam. Bunun körpəmə ziyanı ola bilərmi?
Hamiləliydə depressiya körpənizdə hər hansı anomaliya riskini artırmasa da vaxtında müalicə olunmamış depressiya vaxtından qabaq doğuş, dölün bətndaxili inkişaf geriliyi, aşağı çəkili körpənin doğulmasına səbəb ola bilər. Depressiyada olan qadın hamiləlik zamanı özünə, doğuşdan sonra körpəsinə lazimi qayğını göstərə bilməz. Depressiyada olan qadınların uşaqları süst olur, gələcəkdə bələ uşaqlar arasında diqqət, həyəcan pozulmaları daha çox yayılmış olur.
Hamiləlik zamanı depressiyanı n müalicəsi xüsusi diqqət tələb edir. Psixoterapiya ilk seçim olmalıdır. Əgər psixoterapiya ilə vəziyyəti yüngülləşdirmək mümkün olmasa,psixiatrla birlikdə dərman müalicəsinin mövcud vəziyyətdə müsbət və mənfi tərəfləri dəyərləndirməlidir. İşıq terapiyası depressiyanın müalicəsində ən çox tətbiq olunan üsullardan biridir. Günəş şüaları beyində endorfin sintezinə səbəb olaraq əhval-ruhiyyənin, həyat eşqinin yüksəlməsinə səbəb olur.
-
Maraqlı məlumatlar
- Səyahət
- Qız, yoxsa oğlan
- Maye qəbulu
- Hamiləlikdə geyim
- Hamiləlik haqqında maraqlı faktlar
- Ultrasəs müayinəsi nədir?
- Qeysəriyyə əməliyyatından sonrakı bərpa:ilk altı həftə
- Erkən doğuş: mental və emosional hazırlıq
- Hamiləlik zamanı hansı simptomlara diqqət yetirmək gərəkdir
- Hamiləlik və COVID-19 pandemiyası
- Hamilə qadının qidalanması
- 40 yaşdan sonra hamiləlik diqqət tələb edir
- Hamiləlikdə COVID-19 peyvəndinin təhlükəsizliyi
- Gec doğuş haqqında 6 mif
- Döl mənşəli xəstəliklər necə yaranır?
- Sağlam olmaq üçün stimul əldə edin
- Körpəni təhlükəsiz ətraf mühitlə təmin etmək
- Sağlam hamiləlik planı
- Körpəm əvvəlki kimi tez kökəlmir
- Ana südü ilə qidalanan sağlam körpənin nəcisi
- Siz və partnyorunuz