Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Ümumi məlumat

Doğuşa-körpənizi qucağınıza alacağınız ana addım-addım yaxınlaşırsınız. Hamiləliyinizin sonlanmasına təxminən 3 ay qaldı. Həftələr keçdikcə qarnınızın böyüməsi, çəkinizin artması, ara-sıra baş verəcək uşaqlıq yığılmaları, tez-tez sidiyə getmə kimi hallarla əlaqədar özünüzü nisbətən narahat hiss etməniz normaldır. Doğuş haqqında məlumat toplamağa, doğuş planınızı yazmağa başlamağın, doğuşun baş verəcəyi xəstəxana haqda düşünməyin əsl vaxtıdır.

Gələcək körpənizin beynini kifayət qədər qidalandırırsınızmı? Üçüncü trimestr dölün sinir hüceyrələrinin ən sürətlə böyüdüyü dönəmdir. Buna görə də sinir hüceyrələrinin qidalanmasında mühüm rolu olan omega-3 yağ turşuları ilə zəngin qidaları-qoz, balıq, zeytun yağı, kətan toxumu və s. rasionunuzdan əskik etməyin.

Üçüncü trimestrdə duyğularınız tez-tez dəyişə bilər, bəzən hamiləlikdən yorulmuş, bəzən gələcək körpənizi gözləməkdən olduqca məmnun ola bilərsiniz. Doğuş yaxınlaşdıqca qorxu və narahatlıqlarınız arta bilər, bu, belə də olmalıdır. Qorxunun ən böyük həlli yolu bilikdir, buna görə də, doğuşun hər mərhələsi haqda məluatlı olmağa və həmin mərhələdə üzərinizə düşənləri bilməyə çalışın.

Gələcək körpənizin hərəkətləri üçüncü trimestrin əvvəlində artacaq, lakin hamiləliyin sonuna doğru azalacaqdır.

Son həftədə müayinələrə daha tez-tez çağırılacaqsınız, çəkiniz, arterial təzyiqiniz, qan dəyərləriniz həkimin müşahidəsi altındası olacaq.

Bu müayinələrdən birində sağlamlığınızın göstəricisi olan bir çox faktor göz önünə alınaraq doğuşun vaginal və ya Kesar kəsiyi ilə baş verəcəyinə həkiminiz qərar verəcəkdir.

Ana südü körpənin qidalandırılmasında ilk 6 ay  qızıl standart hesab olunur. Buna görə də, doğuşdan həmən sonra, südünüzün hələ gəlməməsinə baxmayaraq, 2 saatdan bir körpənizi əmizdirin. Bu, oksitosn sintezini artıraraq süd ifrazının stimullaşdıracaq.

Laktasiya prosesini sürətləndirmək üçün gün ərzində mümkün qədər istirahət etməyə, stressdən, neqativ insan və söhbətlərdən uzaq durmağa, ən az 2l su içməyə çalışın.