Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


I trimestrdə olan müayinələr

         

             Hamiləliyin ilk trimestrdə olan müayinələr aşağıdakılardan ibarətdir:

         -  məsləhətvermə - həkim hamilə qadına hamiləliyin fizioloji gedişi haqqında məlumat verir, anamnez toplayır, ona "Hamilənin ev kartası"nı təqdim edərək kartanın doldurulma                          qaydalarını başa salır.
         -  arterial təzyiqin ölçülməsi, nəbzin sayılması;
         -  axırıncı menstruasiya tarixinə əsasən doğuşun güman edilən vaxtının təyini;
         - bədən kütləsi indeksinin təyini (BKİ) = kütlə (kq) / boy2 (m2)
         - qanın klinik analizi ;
         - sidiyin ümumi analizi;
         - qanda şəkərin təyini;
         - qan qrupu, rezus faktorun, əgər qadın Rh (-), partnyoru isə Rh (+) olarsa rezus anticisimlərinin təyini ;
         - Hepatit B , sifilis testlərinin aparılması ;
         - İİV (İnsan İmmun Çatışmazlığı Virusu);
         - Rubella (İgG) skrininqi. Hamilə qadın seroneqativ olduqda xəstəliyin kəskin formasına müayinə aparılmalı və hamiləliyin II, III trimestrlərində dinamik müayinə aparılmalıdır.
uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi (yaxma götürülən zaman uşaqlıq boynunun müayinəsi aparılmalıdır)
         - Ultrasəs müayinəsi.