Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


İlk trimestrdə yaranan dəyişikliklər

  Hormonal dəyişikliklər dərinizə təsir edə bilər. Hamiləlik dövründə bəzi qadınlarda dəri yağlanır, sızanaqlar çoxalır, digərlərində əksinə, quru olur. El arasında ananın qız övlad gözlədiyi zaman dərisində baş verən dəyişikliklər “qız anasından gözəlliyini alır” deyə izah olunur. Oğlan övladı olacaq ananın isə əksinə, gözəlləşdiyinə dair inanclar var.Əlbəttə, bunlar sadəcə mifdir. Barmaq izlərimiz müxtəlif olduğu kimi hamiləlik zamanı hər qadının orqanizmində  baş verən dəyişiklər də özünəməxsus olur.

   Bununla yanaşı, bəzi bölgələrdə, xüsusilə giləətrafı sahədə-areolalarda piqmentasiya artır. Süd vəzlərinin ölçüsü artır, dəridə çatlar yarana bilər.Yaxşı olar ki, elə ilk həftələrdən etibarən badam yağı ilə süd vəzlərinin dərisini nəmləndirəsiniz.