İdeal fiziki aktivlik növləri


Hamiləlik zamanı fiziki aktivlik üçün üzgüçülük, su gimnastikası, hamilələr üçün xüsusi gimnastika, velosiped və ya velotrenajor, yoqa, turist yürüşləri, piyada gəzintiləri, pilləkənlə enmə-qaxma məqsədəuyğun hesab olunur.
Əgər hamiləlikdən əvvəl qadın müntəzəm olaraq idmanla məşğul olurdusa, hamiləlik zamanı məşqlərə davam etmək olar. Lakin əlbəttə ki, ehtiyatlı olmaq lazımdır, intensiv məşqlər istisna olunmalıdır.
Əgər hamilə qadın ekstremal idman növləri ilə ( marafon, triatlon) və ya potensial olaraq hamilənin zədə almasına gətirəcək idman növü ilə ( basketbol, həndbol, tennis, atçılıq, alpinizm, dağ xizəyi və s.) hamiləlikdən əvvəl məşğul olurdusa, hamiləlik dövründə sevimli idman növünü başqası ilə əvəz etməlidir. Hətta hamar olmayan yolda qaçış belə zədələnmə baxımından təhlükəlidir və oynaqlara düşən yükü artırır.