Üzə qulluq


Estrogen səviyyəsinin yüksək olması hesabına toxumalarda çox miqdarda maye toplanır. Həm bədəninizdə, həm də üzünüzdə bu özünü göstərir. Qırışlar itir, dəri daha hamar və çəhrayı olur. Lakin eyni zamanda bu hormon piy və tər vəzilərinin də fəaliyyətinə təsir etdiyindən çivzələr meydana çıxa bilər. Bu hal civzələrin yaranmasına meylli olan qadınlarda daha çox qeyd olunur. Bu halda üzə qulluq vasitəsini əvəz etmək, xüsusi kosmetik prosedurlardan keçmək, dermatoloqa müraciət etmək məsləhət görülür.
Tərkibində meyvə turşuları, A vitamini və salisil turşusu olan kosmetik vasitələrdən istifadə etmək məsləhət görülmür.