Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


"Pozitiv hamiləlikdən sağlam analığa"

Hamiləlikdə İnkişaf Portalı və WoWoman qadın platformasının birgə təşkil etdiyi “Pozitiv hamiləlikdən sağlam analığa” adlı tədbirimizin qısa məzmununu sizə təqdim edirik:

Gənc analar və ana olmağa hazırlaşan xanımlarımız tədbir zamanı:
📌Super mama tərəfindən “Hamiləlikdə yoqanın faydaları - Meditasiya” haqqında faydalı məlumatlar əldə etdilər

📌Aysel Hüseynova və Aytac Qənbərova “Pozitiv hamiləlik və analıq” haqqında danışdı

📌 Həkim və ailə terapisti olan Mələk Ağazadə “Analıqdan sonrakı qadın” seminarı keçirtdi

Hamiləlikdə İnkişaf Portalı (HIP)-nın partnyorları MOMs.union, Super-mama və «Bulud hamiləlik dəstləri»-nin dəstəyilə həyata keçirdiyi tədbirdə xanımlarımız müxtəlif mövzularda məlumatlar alaraq, sonda lotoreya ilə hədiyyələr qazanmaq şansı əldə etdilər.

Eyni zamanda Hamiləlikdə İnkişaf Portalının son yeniliyi olan “Hip kartı” haqqında ətraflı məlumat təqdim olundu və iştirakçılarımız kartı tədbir müddətində birbaşa əldə edə bildilər.

 

Sizləri növbəti tədbirlərimizdə gözləyirik!