"Analıq və karyera" seminarı


Analığın əslində karyeranız üçün bir şans olduğunu bilirdiniz?
📍Hamiləlik dövründən başlayaraq çox xanımlar əslində analıq məzuniyyətini karyeraya böyük təhlükə olduğunu düşünür.Ancaq bu dövr əslində hər bir xanım üçün böyük şansdır.
❓Bəs bu şansı necə görməli və nələr etməliyik?
📍Xanımlarımız bütün bunların cavabını partnyorumuz WoWoman ile birlikdə həyata keçirdiyimiz hər kəs üçün açıq "Analıq və karyera" seminarında tapdılar.
———————————————————————
Seminarın spikeri: Aybaniz Ismayilova
Aybəniz İsmayılova, xüsusilə qadın və gənclər kimi həssas qruplar olmaqla, idarəçilərə və şirkətlərə ən yüksək səviyyədə fəaliyyət göstərmək üçün peşəkar koçluq edir.
O, nüfuzlu Adler Koçluq Məktəbini Beynəlxalq Koçluq Federasiyasının sertifikatı ilə bitirərək insan davranışlarının dərinliyi və təşkilatların mürəkkəb gizli dinamikası ilə tanış olub.
Böyük Britaniyanın Mançester Universitetini bitirən Aybəniz xanım beynəlxalq inkişaf sahəsində 15 illik təcrübəyə malikdir.
O, həm fərdi, həm də peşəkar həyatda mükəmməlik tərəfdarı olaraq həvəslə öz bilik və təcrübəsi ilə davamlı bölüşür. Hazırda Aybəniz xanım Avropanın ən aparıcı biznes məktəblərindən olan INSEAD-ın İxtisasartırma Proqramında səhiyyə idarəçiliyində innovativ biznes modellərinin tətbiqi üzrə təhsilini davam etdirir.
