“Pozitiv düşüncə, sağlam övlad” mövzusunda psixoloji seminar


26 oktyabr 2019-cu il tarixində Hamiləlikdə İnkişaf Portalı və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə “Pozitiv düşüncə, sağlam övlad” mövzusunda psixoloji seminar həyata keçirilmişdir.
Seminarda hamiləlik dövründə xanımlarda baş verən psixoloji dəyişikliklər və onlarda mövcud psixoloji vəziyyətin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticələri və xanımların müraciətlərinə əsasən seminardan sonra xanımlara individual psixoloji konsultasiyalar keçiriləcək.

