“Pozitiv düşüncə, sağlam övlad” mövzusunda psixoloji seminar


Əziz xanımlar!
Sizi, 26 oktyabr 2019-cu il tarixində keçiriləcək “Pozitiv düşüncə, sağlam övlad” mövzusunda psixoloji seminara dəvət edirik. Seminar Hamiləlikdə İnkişaf Portalı və Psixologiya Elmi Tədqiqat İnstitutu birgə tərəfdaşlığı ilə həyata keçiriləcək.
Seminarda hamiləlik dövründə xanımlarda baş verən psixoloji dəyişikliklər müzakirə olunacaq və onlarda mövcud psixoloji vəziyyətin qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələri və xanımların müraciətlərinə əsasən seminardan sonra xanımlara individual psixoloji konsultasiyalar keçiriləcək.
Tarix: 26.10.2019-cu il
Saat: 11:00 – 13:00
Ünvan: Ziya Bünyadov., 38.
Seminarda iştirak ödənişsizdir. İştirak etmək üçün +994 702682708 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.