Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Yoqa - həyat tərziniz kimi

Yoqa - zehninizi gündəlik şəhər həyatının içindəki qarışıqlıqdan ayıraraq, yeniləyir, bədənimizi rahatladır və lazımsız düşüncələrdən uzaqlaşmasına yardımçı olur. Eyni zamanda konsentrasiyanızı artıraraq, yaddaşınızı gücləndirir.

 

Yoqa xüsusilə onurğa ətrafındakı əzələlər üzərində işləyərək onurğanızın işləməsini daha elastik və güclü edir. Davamlı olaraq yoqa ilə məşğul olmaq gündəlik həyatda zəifləmiş və çalışmayan əzələlərin güclənməsi ilə yanaşı, duruşda olan nöqsanların qaldırılmasına da yardımçı olur. Müxtəlif pozalar vasitəsi ilə əzələlərin işlədilməsi, daxili oraqanların passivliyinin aradan qaldırılması müxtəlif xroniki ağrıların azalmasına da səbəb olur.

 

Yoqadakı nəfəslə bağlı olan eqzersizlər daha yaxşı nəfəs almamıza kömək edir və ağciyər də daxil olmaqla bütün daxili oraqanların fəaliyyətinə birbaşa və ya dolayı yolla təsir göstərir.

 

Yoqa ilə məşğul olan insanlar zamanla kainatla bir olma, bütünün bir parçası olduğunu anlayır ki, bu da onun ətrafla daha uyumlu bir halda yaşamasına səbəb olur. 

 

Yoqada hədəflənən sadəcə bədən praktikası deyil, zehin, nəfəs və beyin də əsas hədəflər daxil edilir.

 

Diqqət, duyumluluq və konsentrasiyada artım kainatla uyumlu olmağı daha da asanlaşdırır və məşğul olan fərdlərin yaşam enerjisinin artmasına yardım edir.

 

Yoqa praktikasında olan pozalar bədən temperaturunun artmasına və buna bağlı olaraq da tərləmə və toksinlərin artmasına səbəb olur. Davamlı olaraq edilən Yoqa əzələləri gücləndirir, bədənin elastikliyini artırır, onurğa sütununun sağlamlığını bərpa edir.

Davamlı olaraq yoqa ilə məşğul olduqda daha parlaq cild, daha yaxşı fəaliyyət göstərən daxili orqanlar, açıq zehin, hüzurlu bədənə sahib olmaqla həyatımızı davam edirik. Sinir sistemi üçün də çox faydalı olan yoqa bədənin ümumi sağlıqlı olmasına böyük dəstək göstərir.

 

Yaşam enerjisi ilə dolu, bədəninizi və zehninizi kontrol edə bilən birisi olmaq istəyirsinizsə, davamlı olaraq yoqa ilə məşğul olmaq sizə çox faydalı olacaqdır.

 

Aparılan araşdırmalar nəticəsində yoqanın uzun müddətli məşğul olduqda bir çox xəstəliklərin müalicəsinə çox böyük təsir göstərdiyi sübut olunur. Yoqa praktikası ilə formalaşan fərqlilik özünüzə daha yaxşı qulluq etməniz və daha gümrah hiss etmənizə yardımçı olur. Davamlı olaraq edilən əsnəmə və rahatlama egzersizleri, qan dövranını tənzimləyərək, ürək sağlamlığınızı qoruyur. Eyni zamanda davamlı olaraq edilə yoqa sayəsində vücudda olan iltihab səviyyəsi də azalır və bununla da müxtəlif xəstəliklərdən qorunmuş olursunuz.   

 

Yoqa ilə məşğul olmanın 10 faydası:

1. Fitness: Sadəcə fiziki olaraq deyil, eyni zamanda zehni və duyğusal olaraq tarazlı olduğunuz zaman həqiqətən də sağlıqlı sayılrsınız. Sağlıq sadəcə hər hansı xəstəliyinizin olmaması demək deyil. Bu nə qədər sevgi dolu və coşqulu olmanızla bağlı olaraq həyat dinamikanızın ifadəsidir. Yoqa da məhz burda sizə yardımçı olan ən təsirli vasitədir. Yoqa -  duruşlar, Pranayama ( nəfəs egzersizləri ) və meditasiya ilə birlikdə bütünsəl bir uygulamadır.

 

2. Kilo vermə: Bir çox insanın, xüsusilə xanımların hər zaman çalışdığı kilo vermə prosesinə yoqanın təsiri əslində çox yüksəkdir. Günəşə salam və Kapal Bhatı nəfəsi Yoqa vasitəsi ilə kilo vermək üçün istifadə edilən yollardan sadəcə bəziləridir. Əlavə olaraq davamlı yoqa praktikas ilə bədənimizin hansı yeməyi nə zaman istədiyi ilə bağlı olaraq daha hissiyyatlı olmamızı təmin edir. Bu da çəki kontrolu üçün vacib şərtlərdən biridir və çəkimizi normal saxlamağımıza yardımçı olur.

 

3. Stressin azaldılması: Gün içində edilən bir neçə dəqiqəlik yoqa həm bədən, həm də zehində günlük toplanmış stressdən qurtulmaq üçün çox faydalı yoldur. Yoqa duruşları, pranayama və meditasiya stress atmaq üçün faydalı texnikalardır. Yoqa ilə məşğul olaraq siz, bədən üçün detoks, zehin üçün isə destress etmiş olursunuz.

 

4. Daxili hüzur: Hamımız təbii gözəllikləri zəngin, hüzurlu, sakit yerləri ziyarət etməyi sevir və fərqli zövq alırıq. Ama çox az hissəmiz hüzuru əslində içimizdə də tapa biləcəyimizə inanırıq. Yoqa və meditasiya ilə hər gün öz daxili dünyanıza kiçik bir səyahət edə bilərsiniz. Yoqa eyni zamanda çox narahat və hərəkətli olan zehni sakitləşdirmək üçün ən çox istifadə edilən yollardandır.

5. Güclü immunitet sistemi: Biz bədən, zehn və ruhumuzun qüsursuz qarışımından ibarətik. Bədəndə olan hər hansı kiçik mənfi dəyişiklik zehnə birbaşa təsir edir. Eyni zamanda zehndə olan hüzursuzluq bədəndə hər hansı xəstəliklə özünü biruzə verə bilər. Yoqa orqanları siz hiss etmədən belə masaj edir və əzələləri gücləndirir. Nəfəs teknikləri və meditasiya stressi azaltmaqla yanaşı immuniteti də gücləndirir.

6. Yüksək fərqliliklə yaşamaq: Zehnimiz davamlı olaraq aktivliklə məşğuldur. Keçmiş və gələcək arasında davamlı gedib gəlir, ancaq, çox zaman indiki zamanda qalmırıq. Əslində zehnin bu xüsusiyyətini bilərək, özümüzü sressə düşməkdən qurtara və zehnimizi rahatlada bilərik. Yoqa və Pranayama bu fərqliliyi yaratmağa, zehni daha sakit və hüzurlu qala biləcəyi indiki vəziyyətə gətirməyə yardımçı olur. 

7. Daha gözəl münasibətlər: Yoqa həyat yoldaşınız, ana - atanız, dostlarınız və ya sevdiklərinizlə münasibətlərinizi daha yaxşı etməyə yardımçı ola bilər. Rahat, məmnun və xoşbəxt olan zehniniz həssas münasibətlərdə daha düzgün reaksiya verə bilər. Yoqa və meditasiya zehni xoşbəxt və hüzurlu etmə üzərində çalışır, sizə yaxın insanlarla aranızda gücləndirilmiş xüsusi bağlılıq yaradır.

 

8. Artan enerji: Günün sonunda tamamən tükənmiş hiss edirsiniz? Gün ərzində bir çox iş arasında bəzən bir neçə dəqiqəlik yoqa belə uzun bir günün ardından təzə və energetik hiss etdirir. 10 dəq - lik meditasiya belə ağır iş gününün sonunda sizə mükəmməl gələcək.

 

9. Elastiklik və tam duruş: Güclü, cəld və elastik bir vücuda sahib ola bilmə üçün sadəcə yoqanı günlük rutininizə əlavə etməyiniz kifayət edir. Davamlı olaraq yoqa ilə məşğul olmaq əzələləri daima hərəkət etdirir və gücləndirir. Ayrıca oturduğunuz zaman, ayaq üstə və ya yatdığınız zaman sahib olduğunuz bədən duruşunu düzəldir və bu da yalnış duruş sayəsində formalaşan ağrılarınızın azalmasına səbəb olur.

 

10. Daha diqqətli anlama: Yoqa və meditasiya sezgilərinizi inkişaf etdirmək üçün çox güclü təsirə sahibdir. Sezgilərinizlə faydalı və uğurlu nəticələr ala bilmək üçün nəyin nə zaman, necə edilməsi gərəkli olduğunu zəhmət çəkmədən anlayacqsınız.

Yoqanın davamlı etməli olduğunuzu unutmayın. Yəni praktika çox önəmlidir. Yoqa praktikasında nə qədər dərinləşsəniz, o qədər çox faydasını görəcəksiniz.