Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik dövründə yumurta yemək təhlükəsizdirmi?

Bəli, lakin onların tam bişmiş və ya pasterizə edildiyinə əmin olun.

Çiy və ya az bişmiş yumurtada qida zəhərlənməsinə səbəb ola biləcək. Salmonella bakteriyası kimi infeksion patogenlər ola bilər. Hamiləlik qadının immun sistemini müvəqqəti zəiflətdiyi üçün hamilə qadınlar qida mənşəli xəstəliklərə xüsusilə həssasdırlar.

Qida ilə orqanizminizə Salmonella bakteriyası düşərsə, adətən yüksək hərarət, qusma, ishal və susuzluq müşahidə edilə bilər. Ağır xəstəlik hallarında, bu simptomlar o dərəcədə şiddətli ola bilər ki, vaxtından əvvəl doğuşa səbəb ola və ya düşüklə nəticələnə bilər.

Pasterizasiya və tam bişirmə Salmonella bakteriyalarını məhv edir. Bu səbəbdən də, bütün zərərverici bakteriyaların öldürüldüyünə əmin olmaq üçün hamiləlik dövründə yalnız tam bişmiş və ya pasterizə olunmuş yumurta qida rasoonuna qəbul edilməlidir.

Siz həmçinin aşağıdakı qidalardan uzaq durmalısınız:

- İçində çiy və ya az bişmiş yumurta olan yeməklər (qeyd: əgər yumurtalar pasterizə olunubsa, onları yemək olar).

- Restoran və ya kafelərdə çiy və ya az bişmiş yumurtadan ibarət bütün yeməklər (çünki onların pasterizə olduğunu təsdiq etmək çətindir).

- Mağaza və ya kafelərdə hazır qidalar kimi satılan və tərkibində yumurta olan sendviç və salatlar (əlbəttə, əgər yeməyin təhlükəsiz qaydada hazırlandığına (məsələn, tam bişmiş) və rəfdə iki saatdan az müddətdə (isti havada isə bir saatdan az) qaldığına tam əminsinizsə, o zaman yeyə bilərsiniz). Ən optimal və təhlükəsiz isə həmin qidaları evdə hazırlamaqdır. Çünki, bu hallarda yeməyin və xüsusilə də, yumurtaların sanitar-gigiyenik qaydalara uyğun düzgün hazırlandığına və tam bişmiş olmasına əmin olursunuz.

Hamiləlik zamanı aşağıdakıları yeməyin və dadmayın:

- İsti suda qaynadılmış yumurta

- Yumşaq qaynadılmış yumurta

Habelə,

- Evdə hazırlanmış və ya təzə souslar, o cümlədən evdə hazırlanmış mayonez, hollandiya sousu, Sezar salat üçün sous olan qidaları,

- Evdə hazırlanmış dondurma

- Muslar

- Tiramisu

- Çiy xəmir və ya peçenya xəmiri

- “Qoql-moql” və ya bişməmiş yumurtanın çalxalanmasından hazırlanmış içəcəklər.

Mağazalarda satılan mayonez və buna bənzər məhsullar pasterizə edilmiş yumurtadan hazırlandığı üçün təhlükəsizdir. Maye formasında, dondurulmuş və qurudulmuş "yumurta məhsulları", məsələn, dondurulmuş omletlər və yumurta tozu da pasterizə olunur.

Lakin, təhlükəsizlik üçün hamilə qadınlar yalnız tam bişirilmiş yumurta və yumurta məhsulları yeməyə üstünlük verməlidir.

 

Hamiləlikdə bərk olanadək qaynadılmış yumurta yemək təhlükəsizdirmi?

Bəli, bərk olanadək qaynadılmış yumurtalar, hərtərəfli bişirildikdə, işləndikdə və düzgün saxlandıqda təhlükəsizdir.

Bərk olanadək qaynadılmış yumurtanın təhlükəsiz olduğuna əmin olmaq üçün aşağıdakılara diqqət yetirin:

- Sarısı və ağı tam bərk olana qədər bişdiyinə əmin olun. Bu adətən yumurtaların ən azı 12 dəqiqə qaynadılması deməkdir.

- Soyuducuda (qabıqlı və ya soyulmuş) 4C temperaturda saxlayın və bişirilmə tarixindən sonra bir həftə ərzində istifadə edin.

- Bərk olanadək qaynadılmış yumurtaları soyuducudan kənarda 2 saatdan çox (isti havada 1 saatdan çox) saxlamayın.

- Bərk qaynadılmış yumurtaları yeməkdən əvvəl 80C temperatura qədər qızdırın.

Hamiləlikdə yumurta yeməyin faydaları

Yumurtalar bişirildikdə və təhlükəsiz istifadə edildikdə, hamiləlikdə əla qida mənbəyidir. Yumurtanın tərkibində sizin və inkişaf etməkdə olan körpəniz üçün vacib qida maddələri var, o cümlədən:

- Zülallar (həmçinin protein də adlanır; körpə orqanizminin hüceyrələri üçün tikinti materialıdır).

- Xolin (körpənin beyin inkişafını dəstəkləyir və sinir sisteminin əsasını təşkil edən “sinir borusu” qüsurlarının qarşısını alır).

- Biotin və ya Vitamin B7 kimi B vitaminləri (bunlar hamiləlik zamanı enerjinizi artırmağa kömək edir və körpənizin sağlam böyüməsi üçün lazımdır).

- Vitamin A (ürək, ağciyərlər, gözlər və sümüklər də daxil olmaqla, körpənizin bir çox orqanlarının formalaşması üçün vacibdir)

- Vitamin D (immun sisteminiz üçün faydalıdır, körpənizin sümüklərinin inkişafı üçün vacibdir, habelə hamiləlik və doğuş ilə bağlı ağırlaşmaların, o cümlədən preeklampsiyanın qarşısını almağa kömək edir).

Hamiləlikdə yumurtalar təhlükəsiz necə hazırlanmalıdır?

Yumurtanın təhlükəsiz bişirilməsi üçün bəzi tövsiyələr:

- Qayqanağı tam bərk olana qədər bişirin (sulu olmasın).

- Qızardılmış yumurtaları hər tərəfdə 2-3 dəqiqə olmaqla və ya qapalı tavada 4 dəqiqə ərzində bişirin. Yumurta sarısı və ağının bərk olduğuna əmin olun.

- Təhlükəsiz qida hazırlığı faydalarına riayət və qidaların düzgün saxlanmasını təmin edin.

- Qida məhsullarını sanitar-gigyenik qaydalara əsasən qutulaşdırın və saxlayın. Əvvəlki yeməkdən qalan qidaları isə qısa zamanda yeyin.

- Yumurta ilə hazırlanan yeməkləri ən azı 80C temperaturda hazırlayın və yeməmişdən əvvəl həmin temperaturadək qızdırın və yeyin. Termometriniz yoldursa, əmin olun ki, qızdırılmış yeməkdən isti buxar çıxır.

- Az bişmiş yumurtadan ibarət və ya tərkibində çiy yumurta olan yeməklər ((dondurma, qoql-moql, Sezar salatı üçün sos və s.) hazırlayırsınızsa, mütləq pasterizə olunmuş yumurtalardan istifadə edin.

- Pasterizə olunmuş yumurtaların üzərində pasterizasiya olunduqlarını bildirən yazı olmalıdır.

- Pasterizə olunmamış yumurtaların üzərində "təhlükəsiz rəftar təlimatları" barəsində qeyd olur. Bu təlimatlarda deyilir ki, yumurtaları soyuducuda saxlamalı, sarısı bərk olana qədər bişirməli və ümumiyyətlə, tərkibində yumurta olan qidaları yaxşıca bişirməlisiniz.