Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Qeysəriyyə əməliyyatından sonrakı bərpa:ilk altı həftə

Əsas məqamlar

• Hər bir doğuşdan sonra özünüzə xidmət etməyi bacarmaq və yeni körpənizlə yaxın olmağa başlamaq vacibdir.

• Qeysəriyyədən sonra yaranıza düzgün qulluq etmək  və ağır əmək fəaliyyətdən çəkinmək isə sağlam bərpanın tərkib hissəsidir.

• Əgər qeysəriyyə doğuşu ilə bağlı narahatlıq yaradan həyacan keçirirsinizsə, etibar edə biləcəyiniz birisi ilə bu barədə danışmaq yaxşı olar.

Qeysəriyyə əməliyyatı ilə doğuşdan sonra evə dönmək 

Qeysəriyyə əməliyyatından sonra təxminən 3-5 gün xəstəxanada qalacaqsınız. Bu müddət xəstəxanalar arasında dəyişə də bilər. Bəzən isə bu qeysəriyyə əməliyyatından sonrakı dövrdə bərpa olunmanızın nə qədər vaxt aparacağı ilə bağlıdır.

Bəzi xəstəxanalarda erkən evə yazılmağı (ilk 72 saatda) və sonrakı müşahidənin evdə aparılmasını seçə bilərsiniz. Xəstəxanın etdiyi təklifləri tibb bacısı və ya mama ilə müzakirə edin.

Qeysəriyyə əməliyyatı böyük bir əməliyyatdır, bu səbəbdən körpənizin qayğısına qalmaq üzərində toparlanmalı və sizin orqanizminizin bərpa edilməsi üçün lazımı istirahətin təmin edilməsi vacibdir.

Bəzi icmalarda doğuşdan sonrakı ilk altı həftə ərzində ananın evdə qalma ənənəsi vardır, bəzilərində isə belə deyildir. Vəziyyətiniz necə olursa olsun bu həftələrdə, bacardığınız qədər həyat şəraitinizi asanlaşdırın və özünüzü qoruyun, - bunlar həqiqətən vacibdir.

Qeysəriyyə əməliyyatı ilə doğuşdan sonra hissləriniz

Bəzi qadınlar qeysəriyyə əməliyyatından sonra özlərini yaxşı hiss edirlər, digərləri isə vaginal yolla doğa bilmədiklərindən məyus olurlar və ya kədərlənirlər.

Planlaşdırılmamış (təcili) qeysəriyyə əməliyyatı keçirən qadınlar üçün doğum planına edilən bu dəyişiklik şok kimi qəbul edilə bilər. Hissləriniz necə olur olsun, onları düzgün qəbul etmək lazımdır. Lakin bu hisslərinizi etibar etdiyiniz bir şəxslə bölüşməyiniz həqiqətən kömək edə bilər.

Qeysəriyyə əməliyyatından sonra qanaxmaların olması

Qeysəriyyə əməliyyatı keçirdiyinizə baxmayaraq, doğuşdan sonra vaginanızdan qanaxma davam edəcəkdir. Bu, ciftin uşaqlığa bitişdiyi yerdən axan normal qanaxmadır.

Həm xəstəxanada, həm də evə gələndən sonra qanaxma ilə mübarizə aparmaq üçün sizə çoxlu miqdarda doğuş üçün nəzərdə tutlmuş gigiyenik bezlər lazım olcaq. Doğuşdan sonrakı ilk altı həftədə tamponlardan istifadə etməməlisiniz.

İlk həftədə ayabaşının pik bir dövründə olduğuna bənzəyən çox ağır qanaxma ola bilər. İdman etdikdən sonra, səhər yataqdan ilk qalxanda və körpəni ana südü ilə qidalandırdıqdan sonra qanxama arta bilər. Bezinizin üzərində bəzi kiçik qan laxtaları görə bilərsiniz. Əgər bir saat ərzində beziniz tamamilə qanla hopursa və ya əvvəlkindən daha çox miqdarda qanaxma müşahidə edilirsə həkiminizə, mamanıza və ya uşaq və ailə sağlamlığı üzrə tibb bacısına məlumat verin.

İlk həftədən sonra qanaxma tədricən yüngülləşməli və qanın rəngi qırmızıdan tünd-qırmızı, qəhvəyi və daha sonra ilə sarımtıl-ağ rəngə keçməlidir. Yəqin ki, bu vaxt adi gigiyenik bezlərdən istifadə edə biləcəksiniz. Qanaxmalar altı həftəyə qədər davam edə bilər.

Əgər qanaxma getdikcə azalmayırsa və əksinə artırsa, altı həftədən sonra qanaxma davam edirsə, ilk bir neçə gündən sonra qəfildən başlamış ağır qan itkisi varsa və ya böyük həcmli laxtalanmalar görünürsə, qandan pis qoxu gəlirsə, uşaqlıda həssaslıq artırsa və ya ağrılar hiss edilirsə, yenə də həkiminiz, tibb bacınız və ya mamanız ilə məsləhətləşin.

Qeysəriyyə əməliyyatından sonrakı dövrdə ağrıkəsicilərin tətbiqi

İlk günlərdə ağrıkəsiciləri qəbul etmək yaxşıdır. Hansı ağrıkəsicilərinin sizin üçün ən münasib olacağı barədə həkiminizlə və ya mamanızla danışın, bu xüsusən də körpənizi ana südü ilə qidalandırıdğınız hallarda vacibdir.

Bəzi qadınlar öskürəyin, gülmənin və yaxud duş qəbulu kimi fəaliyyətlərin qeysəriyyədən sonrakı ilk həftələrdə zərər verə biləcəyini düşünürlər.

Bizim yeni ana və ata olanların sağlam həyat tərzi seçimlərinə dair məqaləmizdə belə dərmanlar və ana südü ilə bağlı məlumatlar var.

Qeysəriyyə yarasına qulluq

Qeysəriyyə əməliyyatı zamanı əmələ gəlmiş yara adətən bikini xətti (bikini xətti-qasıq tüklərinin bitməyə başladığı sərhəddən yuxarıda yerləşir) üzərində və ya biraz aşağıda olur. Çox nadir hallarda bu yara  bir qədər bu xətdən yuxarı və  ya aşağıda ola bilər. Adətən, yaraya özbaşına sorulan bilən tikişlər və ya kliplər qoyulur.

Yaranızın təmiz və quru saxlanılması infeksiyanın qarşısını alır.

Yara suya davamlı sarğı ilə bir neçə günüyə örtüləcək və adətən belə sarğı varsa, duş qəbul edə bilərsiniz.

Sarğı çıxarıldıqdan sonra yaranızı su ilə ehmal bir şəkildə yuyub, onun ətrafını dəsmal ilə quruda bilərsiniz. Ən yaxşısı “havada quruması” üçün yaranı açıq qoymaqdır. Yaranız qarında yaranmış qırşların altındadırsa, xüsusilə diqqətli olun, çünki qırışıq qurumanın daha çətin getməsinə səbəb olacaqdır.

Əksər hallarda yara ətrafında müxtəlif göyərmiş sahələr olur. Yaranın ətrafında keyləşmə və ya qaşınmanın olması da geniş yayılmışdır. Bəzi qadınlarda bu hallar uzun müddət davam edə bilər.

Yaranıza təzyiq etməyən, geniş pambıq paltar geyinin. Yaranızın tamamilə sağalması üçün 6-10 həftə vaxt lazımdır.

Yaranızın ətrafında hər hansı bir infeksiya əlaməti görürsünüzsə, dərhal həkiminizə və ya mamanıza müraciət edin. İnfeksiya əlamətlərinə ağrı, qızartı, şişkinlik, qoxulu ifrazat və ya yara dodaqlarının

 ayrılması daxildir.

Qeysəriyyədən sonra praktik köməklik göstərilməsinə ehtiyac

Hər vaxt və xüsusən də, qeysəriyyə əməliyyatından sonrakı ilk altı həftədə digərlərinin köməyindən isitifadə etmək məqbuldur. Ehtimal ki, ailəniz, dostlarınız və digər insanlar sizin nələrə ehtiyacınızın olduğunu onlara söyləməyinizi dəyərləndirəcəklər.

Ev işlərində başqa bir dəstəyə ehtiyacnız olduğunu hiss edirsinizsə, məsələn ana südü ilə qidalanma sahəsində həkiminiz, mamanız və ya körpə və ailə sağlamlığı üzrə tibb bacısı ilə bu barədə danışın.

Ağır əşyaların qaldırılması, dartılma/çəkilmə və aşağı əyilmə

Yuxarıya doğru dartılma/çəkilmə, yük qaldırma və ya aşağıya əyilmə ilə bağlı hər hansı bir hərəkətdə mütləq köməyə ehtiyacınız olacaqdır. Çünki, bu hərəkətlər qeysəriyyə əməliyyatından  sonra əmələ gəlmiş  yaranıza gərginlik gətirə bilər. Bu o deməkdir ki, camışırı kəndirdən asmaq, tozsoran işlətmək və digər gərgin ev işlərində başqa birisinin köməyinə ehtiyacınız olacaq.

Körpənizdən çəkisindən çox olan və ya ağrı gətirən hər hansı bir yükü, məsələn camaşırla dolu bir səbəti və ya balaca bir uşağı.qaldırmayın.

Uşağınız ələ  götürülməyə alışmışdırsa, bunu etməyin başqa yolları var. Məsələn, uşağı qucaqlayaraq  divanda oturub və onunla birlikdə kitab oxuya bilərsiniz.

Avtomobil sürmək

Ümumiyyətlə, həkimlər qeysəriyyə yarası sağalana qədər və kəskin ağrı hiss etmədən qəflətən tormoz verə bilmək qabiliyyətinə malik olana qədər avtomobili idarə etməyinizi məsləhət görmürlər. Bu adətən  təxminən 4-6 həftə çəkir. Yenidən avtomobil sürməyə başlamağın nə vaxt  məqbul olacağı barədə həkiminiz və ya mamanızla danışmaq faydalıdır.

Avtomobil sığortası şirkətinizin bu sahədəki siyasətini yoxlayın, çünki həkiminiz sizə avtomobil sürməyə hələ icazə verməmişdirsə, bəzi şirkətlər sizin sığorta ödənişlərinizi təmin etməyəcəkdirlər.

Qeysəriyyədən sonra idman, qida və yuxu

Gündəlik az miqdarlı gəzintilər organizminizin fiziki və zehni qabiliyyətinin yüksəlməsinə kömək edə bilər; siz, məsələn evinizdə beş dəqiqəlik gəzinti ilə başlaya bilərsiniz. Hansı idman məşqlərinin bərpa olunmağa başlamaq üşün faydalı olduğunu xəstəxana fizioterapevti sizə deyə bilər.

Düzgün qidalanma və maye qəbulu sizin özünüzü də daha yaxşı hiss etməyinizə kömək edə bilər. Tərkibində lif olan qidalar qəbizlikdən yaxa qurtarmaq üçün faydalıdır - bu qidalara dənli bitkilər, meyvə və tərəvəz daxildir. İçməli su qəbulu da kömək edəcək və ana südü əmizdirdiyiniz təqdirdə bu xüsusilə vacibdir.

Bacardığınız qədər istirahət etmək və yatmaq başqa bir yaxşı məsləhətdir. Uşağınız yatarkən dincəlməyə və ya yatmağa çalışın, ev işləri görülməyibsə özünüzü günahkar hiss etməyin, - siz və körpəniz daha vacibdir.

Doğuşdan sonra münasibətlər və dostluqlar

Körpə evə gələndən sonrakı ilk həftələrdə həyat yoldaşınızla emosional və cinsi münasibətləriniz bir qədər fərqli ola bilər. Məsələn, yenidən cinsi əlaqədə olmaq həftələr, hətta aylar çəkə bilər və bu normaldır. Cinsi əlaqəyə hazır olduğunu hiss edənə qədər gözləmək doğrudur.

Körpəniz dünyaya gələndən sonra sizə yeni dostlar qismət ola bilərlər. Məsələn, bir çox qadınlar ilk iki ay ərzində analar qruplarına qoşulurlar.

Sizə bənzər həyat təcrübəsi olan digər analarla şəxsən və ya onlayn danışmaqla, siz rahatlıq və təskinlik tapa bilərsiniz.

Altı həftədən sonrakı nəzarət müayinəsi 

Sizin və körpənizin sağlamlığı həkiminiz, mamanız, yaxud körpə və ya  ailə sağlamlığı üzrə tibb bacısı tərəfindən altı həftədən sonra keçirilən müayinədə nəzərdən keçiriləcəkdir.

Hələ də suallarınızı vermək üçün əlverişli zamandır, məsələn niyə qeysəriyyə əməliyyatı edilmişdir və ya başqa bir uşağa qalarsınızsa, hansı doğum seçimləriniz vardır. Hər hansı bir doğuşdan sonra, organizmin tam bərpa olunması üçün məyyən zaman fasiləsinə ehtiyac vardır.

Həkimiz, mama və ya tibb bacınız sizə ailə planlaşdırılmsı və körpə inkişafı kimi mövzularda əlavə məlumatlr  verə bilər.