Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Ultrasəs müayinəsi nədir?

Ultrasəs müayinəsi səs dalğalarını bətninizə (uşaqlığa) göndərir. Bu dalğalar körpənizdən əks-səda kimi qayıdır. Daha sonra əks-səda ekranda körpənizin vəziyyətini və hərəkətlərini göstərən bir görüntüyə çevrilir.

Sümük kimi sərt toxumalar daha çox səs dalğalarını əks etdirir və buna görə də ən güclü əks-səda verir. Bunlar görüntüdə ağ, yumşaq toxumalar isə boz görünür. Körpənizi əhatə edən amniotik maye kimi mayelər qara görünür. Bunun səbəbi səs dalğalarının onlardan əks-sədasız keçmələridir. Müayinə (ultrasəs müayinə) aparan şəxs (USM həkimi) şəkilləri şərh etmək üçün bu müxtəlif kölgələrə baxacaq. İlk müayinəniz çox həyəcan verici ola bilər, çünki sizə körpəniz haqqında ilk görüntü verir. USM həkiminiz hətta körpənizin şəklini çap edib sizə xatirə olaraq verə bilər. Bununla belə, müayinənizin başlanğıcında soruşmağınız lazımdır və xəstəxananız bu xidmət üçün ödəniş tələb edə bilər. Bəzi özəl ultrasəs klinikaları müayinənizin görüntüsünü telefonunuza yükləməyə imkan verəcəkdir.

Lakin saxlamaq və paylaşmaq üçün ilk fotoşəkilin olması çox yaxşı olsa da, müayinənin məqsədi bətninizdə neçə körpə daşıyacağınızı və onların normal inkişaf edib-etmədiklərini yoxlamaqdır. İlk müayinəniz sizə körpənizin cinsini hələ deyə bilməz. Birinci trimestr (üç aylıq dövr) müayinəsi körpənizin ürəyinin döyündüyünü yoxlayacaq və körpənizin başının, qarın divarının və əzalarının əsas anatomiyasına baxacaq.

Ultrasəs təhlükəsizdir?

Ultrasəs müayinələri onilliklər boyu hamiləlikdə istifadə olunur və düzgün aparıldığı zaman onun zərərli olduğunu heç kim aşkarlamamışdır. Etibarlı olmaq üçün hamiləlik zamanı müayinənin aparılmasına dair mövcud dəqiq təlimatlara USM həkiminiz tərəfindən riayət olunacaq. Tədqiqatlar ultrasəs ilə doğuş patologiyası, uşaqlıq xərçəngi, disleksiya, görmə və ya eşitmə qabiliyyəti arasında heç bir əlaqə tapmadı. Əksər mütəxəssislər müayinənin yalnız ixtisaslı bir tibb mütəxəssisi tərəfindən aparılması lazım olduğunu qəbul edirlər. Hətta bu zaman da müayinələr yalnız körpənizin normal inkişaf etdiyini yoxlamaq kimi dəqiq tibbi səbəb olduqda tövsiyə olunur. Bu səbəbdən hamiləlik dövründə, ehtimal ki, yalnız bir neçə dəfə müayinədən keçəcəksiniz.

Ultrasəs müayinəsi nə üçün istifadə olunur?

• Hamiləlik mərhələsindən asılı olaraq müayinələrlə aşağıdakılar əldə edilə bilər:

• Körpənizin ürək döyüntüsünün olduğunu yoxlamaq.

• Bir körpə və ya əkiz, ya da daha çox uşaq ilə hamilə olduğunuzu söyləmək.

• Embrionun bətn xaricində, adətən fallopi borusunda yerləşdiyi ektopik hamiləliyi aşkar etmək.

• Baş verən hər hansı bir qanaxmanın səbəbini öyrənmək.

• Körpənizi ölçərək hamiləliyinizin müddətini dəqiq təyin etmək.

• Təxminən 10 - 14 həftə arasında körpənizin boynunun arxasındakı mayeni ölçərək körpənizin Daun sindromu riskini qiymətləndirmək (ənsə qalınlığı).

• Qan analizi testinin nə üçün anormal olduğunu öyrənmək.

• Körpənin və ciftin vəziyyətini göstərərək xorion xovları nümunəsi (CVS) və ya amniosentez kimi diaqnostik testlərdə kömək etmək.

• Bütün orqanlarının normal olub olmadığını yoxlamaq üçün körpənizi müayinə etmək.

• Onurğa beyin yırtıqları kimi ən çox rast gələn qüsurları təyin etmək.

• Amniotik mayenin miqdarını qiymətləndirmək və ciftin harada yerləşdiyini öyrənmək.

• Bir neçə müayinə zamanı körpənizin böyümə sürətini ölçmək.

Müayinə qız və ya oğlan gözlədiyinizi göstərə bilər. Ancaq körpəniz yöndəmsiz vəziyyətdə yerləşibsə, bunu demək həmişə asan olmur. Üstəlik, bəzi xəstəxanaların daxili qaydalarına görə körpənin cinsi açıqlanmır. 

Müayinəni kim edəcək?

USM həkimlər - ultrasəs müayinə sahəsində təlimlənmiş rentgenoloqlar və ya mama-ginekoloqlardır. Adətən onlarda tibbi ultrasəs müayinə üzrə diplomdan sonra təhsil sertifikatı, diplomu və ya magistr dərəcəsi var və əksər müayinələrinizi onlar həyata keçirəcəklər.  Razılıq verdiyiniz təqdirdə, eləcə də ultrasəs müayinəniz bilavsitə ixtisaslı USM həkimin nəzarəti altında ultrasəs üzrə təlimlənən şəxs tərəfindən aparıla bilər. Təlimlənən şəxs ilə müayinə etmək maraqlı bir təcrübə ola bilər, çünki müayinə zamanı USM həkimin nəyi axtardığını dəqiq bilmək imkanı verir. Əlavə, xüsusi müayinəyə ehtiyacınız varsa, bunlar ultrasəs təhsili almış həkim (döl üzrə tibb mütəxəssisi) tərəfindən həyata keçiriləcəkdir.

Ultrasəs müayinəsi necə aparılır?

USM həkimi, qarnınıza bir az gel vuracaq və körpənizin şəkillərini çəkmək üçün əl cihazını (sensor) dərinizin üzərindən aparacaqdır. Hamiləliyin əvvəlində müayinə keçirirsinizsə, əvvəlcədən bir neçə stəkan su içməlisiniz. Tam dolmuş sidik kisəsi ultrasəs əks sədaların qarnınıza çatmasına kömək edir və USM həkimə körpənizi yaxşı görməyə imkan verir.  Körpəniz hələ çanağınızın dərinliyindədirsə və ya bədən çəkiniz çoxdursa, görüntü çox aydın olmaya bilər. Bu vəziyyətdə USM həkiminiz vaginal müayinə (transvaginal müayinə) etməyi təklif edə bilər.  Xüsusən hamiləliyin başlanğıc mərhələsindəsinizsə, transvaginal müayinə körpəniz haqqında daha aydın görüntü verəcəkdir. Bu növ müayinə üçün dolmuş sidik kisəsinə ehtiyacınız olmayacaq. Vaginal sensor vaginanın içərisinə rahat oturmaq üçün uzun və ensizdir. USM həkimi, prezervativə bənzər bir örtük istifadə edəcək və asanlıqla sürüşməsi üçün bol miqdarda gel ilə yağlayacaq. Çox dərindən girməsinə ehtiyac olmayacaq və bu, sizə və ya körpənizə heç bir şəkildə zərər verməyəcəkdir. 

Müayinələr adətən nə vaxt aparılır?

Birinci trimestrdə təxminən altı həftə və ya yeddi həftədə erkən müayinədən keçə bilərsiniz.  Bununla belə, yalnız ağrı və ya vaginal qanaxma kimi problemlərlə qarşılaşdığınız təqdirdə sizə erkən müayinə təklif ediləcəkdir. Təxminən 10 - 14 həftə arasında hamilə olduğunuz müddətdə aparılacaq tanışlıq müayinəsinin ilk müayinəniz kimi olma ehtimalı daha yüksəkdir. Bu, doğuş tarixinizi təsdiqləyəcək və əkizlərinolması ehtimalını yoxlayacaq.  Tanışlıq müayinəsi, Daun sindromu üçün müayinə testlərindən keçirilən zaman xüsusilə vacibdir. Çünki, dəqiq nəticənin əldə olması üçün düzgün doğuş tarixinin olması vacibdir.  Hamiləliyinizin 11 - 14 həftəsi arasında və ya körpənizin ölçüsü 45 -  84 mm arasında olduqda Daun sindromu üçün ənsə qalınlığı (NT) müayinəsi edə bilərsiniz. Əksər hallarda, bu, daha yüksək dəqiqlik üçün qan testi ilə birləşdiriləcəkdir. İkinci trimestrdə sizə 18 - 21 həftə müddətində qüsurların müayinəsi təklif olunacaq. Bu, körpənizin normal inkişaf etdiyini yoxlamaq üçündür. Qüsurların müayinəsi, ciftin uşaqlıq yolunda yerləşməsi aşağı olduğunu göstərirsə, 32-ci həftədə müayinəyə ehtiyacınız ola bilər. Çox vaxt, hamiləliyin 32-ci həftəsində cift daha aydın vəziyyətdə yerləşir. Bununla belə, USM həkiminiz dəqiq görüntü ala bilmirsə, ciftinizin vəziyyətini təsdiqləmək üçün sizə transvaginal müayinə təklif edə bilər.  Üçüncü trimestrdə həkiminiz 28 - 40 həftə arasında böyümə müayinəsi etməyinizi tövsiyə edə bilər. Bu aşağıdakı hallarda olacaq:

• əvvəllər kiçik ölçülü körpə dünyaya gətirmisiz

• əkizləriniz var

• diabet və ya yüksək qan təzyiqi kimi digər ağırlaşmalara sahibsiniz

• ölçüləri gözləniləndən kiçik olan uşağa hamiləsiniz

• ölçülər gözləniləndən daha böyükdür və mama-ginekoloq körpənizin ətrafında çox maye olduğundan şübhələnir

Ultrasəs ağrılıdır? 

Qarın müayinəsi ümumiyyətlə ağrısız olur, yalnız sidik kisəniz çox dolmuş olduqda, sensorun qarnınıza basılması ilə bağlı yüngül narahatlıq istisna kimi ola bilər. Ağrınız varsa,USM həkiminə deyin. Sizdən sidiyinizi boşaltmağınızı xahiş edə bilər, bu da müayinəni daha rahat edəcəkdir.  Üçüncü trimestrdə müayinələr üçün sidik kisənizin doldurulmasına ehtiyac yoxdur. Bu mərhələdə körpəniz daha böyükdür və ətrafındakı amniotik maye ekranda görüntü yaratmaq üçün əks-sədaları aparmağa kömək edəcəkdir. Bəzi qadınlar, boş sidik kisəsi ilə daha yaxşı edildiyi üçün, vaginal müayinəyə üstünlük verirlər. USM həkimi hər gün bu müayinələri etdiyindən çəkinməyə ehtiyac yoxdur. Ağ örtüklə üstünüz örtüləcək və, əzələlərinizi rahatlasanız, sensor asanlıqla olaraq sizin üçün diskomfort yaratmayacaq.

Mənə mütləq ultrasəs müayinəsi aparılmalıdır?

Böyük Britaniyadakı qadınların əksəriyyəti hamiləlik dövründə ən azı bir dəfə müayinədən keçirlər, ancaq sizə bunu etmək mütləq deyil. Müayinələr hamiləliyiniz haqqında faydalı məlumatlar verir və qadınların əksəriyyəti onları faydalı hesab edir.  Sizin mama-ginekoloq müayinə etməyi tövsiyə edərsə lakin siz bunu etmək istəmirsizsə, ondan səbəblərini izah etməsini xahiş edin. Son qərar həmişə sizin olacaq. 

Müayinə problem göstərirsə nə olar?

Müayinə körpənizlə bağlı bir problem olduğunu göstərirsə narahat olmağınız təbiidir. Bəzən müayinə zamanı onurğa beyin yırtıqları kimi dəqiq diaqnoz qoyula bilər.  Müayinə ümumiyyətlə narahat olmayacaq qədər kiçik dəyişikliklər (variantlar) göstərə bilər. Bəzən bunlar Daun sindromu kimi daha ciddi bir xəstəliyin əlaməti ola bilər.

USM həkimi müayinə zamanı qeyri-adi bir görüntü taparsa, 24 saat ərzində sizi həkimə göstərməlidir. Lazım gələrsə, adətən üç - beş gün ərzində döl üzrə tibb mütəxəssisi tərəfindən baxış keçirilə bilər. Göndəriş edildikdən sonra həkim CVS və ya amniosentez kimi əlavə test keçirməyi təklif edə bilər. Bunlar körpənizin Daun sindromu kimi xromosom qüsuruna sahib olub olmadığına dair qəti cavab verə bilər. Bununla belə, onlar kiçik düşük riski daşıyırlar, bu səbəbdən həmişə ilk növbədə ultrasəs müayinəsi aparılır. Müayinə ciddi problem aşkar edərsə, sizə bütün seçimlərdən keçmək üçün lazımi dəstək verilməlidir. Ciddi problemlər çox nadir olsa da, bəzi ailələr hamiləliyi davam edib etməmək barədə çətin qərarla qarşılaşırlar.  Digər problemlər körpənin doğuşdan sonra və ya bətnində olarkən əməliyyata ehtiyacı ola biləcəyini göstərir. Ya da körpənizin anadan olanda xüsusi qayğıya ehtiyacı olması ehtimalına hazırlaşmanız lazım ola bilər. Mama-gindekoloq, pediatr, fizioterapevt də daxil olmaqla sizə dəstək üçün bir sıra insan olacaqdır.