Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


WoWoman Baku ilə birlikdə "Analıq və karyera" seminarı

❓Analığın əslində karyeranız üçün bir şans olduğunu bilirdiniz?

📍Hamiləlik dövründən başlayaraq çox xanımlar əslində analıq məzuniyyətini karyeraya böyük təhlükə olduğunu düşünür.Ancaq bu dövr əslində hər bir xanım üçün böyük şansdır.

❓Bəs bu şansı necə görməli və nələr etməliyik?

📍Bütün bunların cavabını Wowoman ile birlikdə həyata keçirəcəyimiz hər kəs üçün açıq "Analıq və karyera" seminarında tapacaqsınız.
———————————————————————
Spiker: Aybaniz Ismayilova

Aybəniz İsmayılova, xüsusilə qadın və gənclər kimi həssas qruplar olmaqla, idarəçilərə və şirkətlərə ən yüksək səviyyədə fəaliyyət göstərmək üçün peşəkar koçluq edir.
O, nüfuzlu Adler Koçluq Məktəbini Beynəlxalq Koçluq Federasiyasının sertifikatı ilə bitirərək insan davranışlarının dərinliyi və təşkilatların mürəkkəb gizli dinamikası ilə tanış olub.
Böyük Britaniyanın Mançester Universitetini bitirən Aybəniz xanım beynəlxalq inkişaf sahəsində 15 illik təcrübəyə malikdir.
O, həm fərdi, həm də peşəkar həyatda mükəmməlik tərəfdarı olaraq həvəslə öz bilik və təcrübəsi ilə davamlı bölüşür. Hazırda Aybəniz xanım Avropanın ən aparıcı biznes məktəblərindən olan INSEAD-ın İxtisasartırma Proqramında səhiyyə idarəçiliyində innovativ biznes modellərinin tətbiqi üzrə təhsilini davam etdirir.
———————————————————————
🗓Tarix: 28 Yanvar

⏰Başlama saatı: 19:00

📍Məkan: W_Space

🌐Dil: Azərbaycan

Giriş: Ödənişsizdir
Qeydiyyatnan👇
https://motherhoodcareer.ticketforevent.com/en/

Əlavə suallar üçün:
☎ Bu nömrə ilə əlaqə saxlayın:0553485715
(Ülviyyə Dəmirova - Event Coordinator)