Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


HİP-in tərəfdaşlığı ilə Super-Mama tərəfindən "Doğuşa hazırlığın əsasları" multi - seminarı həyata keçirilib

Hamiləlikdə İnkişaf Portalının tərəfdaşlığı ilə 13.10.2019-cu il tarixində Super-mama  hamiləlik məktəbinin 5 illiyi münasibəti ilə hamilə xanımlar üçün "Doğuşa hazırlığın əsasları" adlı multi-seminar keçirilib. 
Tədbirdə:
- Təbii doğuş və keysəriyə əməliyyatı (müsbət və mənfi tərəfləri)
- Sancılar zamanı ağrının azaldılması üsulları/ pozaları
- Doğuş qorxusu
- Qorxunun yaranma səbəbləri
- Qorxu hissinin dəf edilməsi yolları
- Hamiləlik dövründə qidalanma
- Əmizdirmə (Laktasiya) dövründə qidalanma
- Yeni doğulan körpəyə qulluq
- Göbək bağı haqqında məlumat
- Körpənin gigiyenası
- Körpənin ağlama səbəbləri
- Ana südünün faydaları
- Əsas yoqa hərəkətləri
və s.kimi mövzularda çıxışlar təqdim olunub.

Spikerlər:
Mama-ginekoloqlar: Dr.Turab Canbaxışov və Dr. Kamran Nağıyev
Psixoloq-psixoanalitik: Ceren Evcen
Dietoloq: Tutu Zeynalova
Pediatr-neonatoloq: Təzibə Mirzəliyeva