close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

“Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib

Martın 7-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırlanan “Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə səhiyyə sahəsində aparılan islahatlardan, əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün yaradılan infrastrukturdan və həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açılıb.

“Hamiləlikdə İnkişaf Portalı” layihəsinin Bakı şəhəri və regionlarda yaşayan gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maariflənməsi və sosial aktivliyinin artmasında faydalı olacağı bildirilib. Belə ki, portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda informasiyalar toplanıb. Android və iOS əməliyyat sistemləri üçün istifadəyə verilmiş mobil tətbiqin əsas üstünlüyü isə ondan ibarətdir ki, burada qeydiyyatdan keçmiş qadınlara hamiləlik müddətinə uyğun həftəlik dəyişikliklər, eləcə də layihə çərçivəsində həyata keçiriləcək sosial tədbirlər barədə məlumatlar göndəriləcək.

 

Tədbirdə layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi təşkilatları ilə əməkdaşlıq istiqamətlərindən də söz açılıb, iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi həm də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olub.

Mobil proqram .
Proqramla daha sürətli istifadə