close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

İlk hamiləliyə necə hazırlanmalı?

Hamiləlik,  qadın orqanizmində fizioloji dəyişikliklərdə özünü göstərsə də, burda psixoloji hazırlığı da qeyd etmək olar. Belə ki,  hər bir xanım tibbi diaqnostika ilə bu prosesə fizioloji olaraq hazır ola bilər. Ancaq hamiləliyin növbəti aylarında emosional vəziyyətin dəyişməsi ilə nəticələnən psixoloji hal özünü göstərəcək. Əgər bəhs olunan hamiləlik birinci hamiləlikdirsə, burda psixoloji hazırlıq ikiqat önəmlidir.  Bunları nəzərə alaraq, ilk hamiləlik zamanı xanımların, xüsusilə, edəcəyi iş bunlardan ibarətdir:

1.    İndiki an üçün stressdən uzaq durmaq.

İstər hamiləlik, istərsə də digər  situasiyalarda insanları neqativ hallara yönəldən və emosional cəhətdən yoran keçirdikləri gündəlik stress olur. Adətən, hamiləlik dövründə yaşanılan ilkin stressi “xoş stress” də adlandırmaq olar. Çünki, hamilə qadın nəticəsi gözəl olan bir proses üçün həyəcan keçirir. Amma hamiləliyin növbəti aylarında yaşanılan stress, əsəb gərginliyi indiki an üçün həmin qadınlara ikitərəfli zərər yetirir. Unutmaq olmaz ki, hələ dünyaya gəlməmiş körpə ana bətnində ananın keçirdiyi və yaşadığı emosional vəziyyəti “duya bilir”.

2.    Gələcəklə bağlı qayğılar barədə düşüncələrdən uzaqlaşmaq.

İlk dəfə övlad sahibi olacağı üçün hamilə qadının hiss etdiyi xoşbəxtlik duyğusu ilə yanaşı, övladı olandan sonrakı həyat tərzi də düşündürür.  Davamlı olaraq, özünə və ətrafına “Mən yaxşı ana ola biləcəm?” sualını verməsi, günbəgün artan bu qayğılar ona psixoloji gərginlik gətirə bilər. Bəzi hallarda bu suallar “Övladıma yaxşı baxa biləcəm?”, “Onu istədiyim kimi böyüdəcəyəm?”, “Əgər onu qoruya bilməsəm?” kimi suallar ilə də əvəzlənə bilər. Bu hal isə hazırkı zaman üçün hamilələrə əlavə gərginlik və psixoloji təzyiqdən başqa bir şey verəməyəcək. Buna görə də, hamiləliyin düzgün psixi sağlamlıq çərçivəsində inkişafını təmin etmək üçün, ana olmağa hazırlaşan qadınlar gələcəklə bağlı qayğıları özlərindən uzaqlaşdırmalıdır. İndiki ana diqqətlərini yönəldərək, həm də psixoloji cəhətdən rahat bir hamiləlik keçirə bilərlər.

Adətən, ilk hamiləliyə hazırlıq prosesi üç mərhələdən keçir:

1.       Hamiləlik haqqında məlumatın əldə olunması

2.       Hamiləliyə psixoloji hazırlıq

3.       İlkin hamiləlik

Hamilə olduğunu öyrənən xanım ilk olaraq, bunu sevinclə qarşılasa da, məsuliyyətini dərk edərək, çoxlu suallar ilə qarşılaşa bilər. Bu suallar isə, dolayısı yolla  onun hamiləliyə psixoloji baxımdan hazırlaşmasına gətirib çıxaracaqdır. “Mən ana olmağa hazıram mı?” deyə sual qarşısında qalan hər bir hamilə bu düşüncələrini öz yoldaşı ilə bölüşməli və “Mən”i artıq “Biz valideyn olmağa hazırıq mı?” sualı ilə əvəzləyərək, bu suala birlikdə cavab tapmalıdır. Çünki hamiləlik zamanı göstərilə biləcək ən böyük dəstək qadınlara məhz yoldaşı tərəfindən gəlməlidir. Artıq özlərini bu prosesə psixoloji olaraq hazır edən cütlük isə  birlikdə  9 aylıq “səyahət”ə başlaya bilər.

   Psixoloq Aidə Səlim

Mobil proqram .
Proqramla daha sürətli istifadə