close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

"Hamiləlikdə İnkişaf Portalı"nın təqdimatı

Dekabrın 25-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Hamiləlikdə İnkişaf Portalı” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, www.hip.az portalında hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda mütəxəssislərin hazırladığı materiallar təqdim edilir. Layihənin məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsinə, maarifləndirilməsinə, sosial fəallığının artırılmasına dəstək göstərməkdir.

RİİB-in nümayəndəsi Ülviyyə Əkbərova yeni portalın xanımlar üçün geniş və faydalı məlumat bazası olacağını bildirib. Qeyd edib ki, elektron platformada yerləşdirilən və mütəmadi yenilənəcək məlumatlar qadınların bu sahədə maarifləndirilməsinə dəstək olacaq.

Səhiyyə Nazirliyinin nümayəndəsi Leyla Məmmədova bildirib ki, reproduktiv sağlamlıq, təhlükəsiz analıq, ailə planlaşdırılması mövzularında internetdə müxtəlif saytlarda yerləşdirilmiş məlumatlar bir-birindən fərqli olduğundan və Azərbaycan dilində yetərincə məlumat olmadığından qadınlar lazımi informasiyaları əldə etməkdə çətinlik çəkirlər. “Hamiləlikdə İnkişaf Portalı” isə xanımlara etibarlı mənbələrdən düzgün məlumatlar əldə etməyə imkan yaradacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bu layihənin, sadəcə, hamilə xanımların deyil, onların ailələri və ümumi cəmiyyətin maarifləndirilməsi baxımından gözəl başlanğıc olduğunu qeyd edib.

“Hamiləlikdə İnkişaf Portalı”nın mobil tətbiqi də istifadəyə verilib. IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqin əsas üstünlüyü bu platformada qeydiyyatdan keçmiş xanımlara hamiləlik müddətində uyğun həftəlik dəyişikliklər, eyni zamanda, layihənin növbəti mərhələlərində baş verən yeniliklər, keçiriləcək tədbirlər haqqında məlumatların göndərilməsindən ibarətdir.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif təlimlər, kurslar, beynəlxalq ekspertlərin iştirakı ilə maarifləndirici sessiyalar və konfransların keçirilməsi də nəzərdə tutulur.

Mobil proqram .
Proqramla daha sürətli istifadə