close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

xəbərlər

“Hamiləlikdə İnkişaf Portalı”nın Qubada təqdimatı keçirilib

27 Aprel tarixində “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə yaratdığı “Hamiləlikdə İnkişaf Portalı” (http://www.hip.az/) Qubada təqdim olunub. Təqdimatda yeni yaradılan portalın gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maarifləndirilməsi və sosial fəallığının artırılması istiqamətindəki rolu barədə məlumat verilib. Səhiyyə Nazirliyinin nümayəndəsi Leyla Məmmədova, “Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova çıxış edərək, layihənin sosial maarifləndirilmə baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, portal və mobil tətbiq hamiləlik dövründə xanımların sağlamlıq, akademik və sosial inkişafı üçün faydalı olan müvafiq proqramlarla təmin edilib. Mobil tətbiqin əsas üstünlüyü portalda qeydiyyatdan keçmiş xanımlara hamiləlik dövründə uyğun həftəlik dəyişikliklər, layihə çərçivəsində baş verən yeniliklər və tədbirlər haqqında məlumatların göndərilməsindən ibarətdir. Portalın fəaliyyəti çərçivəsində Bakı və regionlarda hamilə xanımlar üçün müxtəlif info-sessiyalar, yoqa, pilates dərsləri, seminarların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi çərçivəsində bu sahədə təhsil alan tələbə və rezidentlər üçün könüllü qəbulu elan olunub. Bununla bağlı müraciətlər aprelin 30-dək qəbul ediləcək. Layihəyə könüllü kimi qoşulan gənclər fərdi inkişaf, bilik və təcrübələrini artırmaq imkanı qazanacaq. Layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Azərbaycan Tibb Universiteti və digər qurumlarla əməkdaşlıq istiqamətlərindən danışılıb, nümayəndələrin çıxışları dinlənilib və iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.

“Hamiləlikdə İnkişaf Portalı”na (HİP) könüllü gənclər qəbul olunur

Tələbə və rezidentlərin nəzərinə!Heydər Əliyev Fondunun “Regional İnkişaf”İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi olan “Hamiləlikdə İnkişaf Portalı”na (HİP) könüllü gənclər qəbul olunur. Layihədə könüllü olmaqla Siz, fərdi inkişaf, bilik və təcrübənizi artırmaq, hamilə qadınların akademik və sosial inkişafı məqsədi ilə təşkil olunan müxtəlif layihə və tədbirlərdə (təlimlər, konfranslar, info-sessiyalar və s.) iştirak etmək imkanı əldə edəcəksiniz. Bizə qoşulmaq üçün şəxsi məlumatlarınızı (CV) cari ilin 30 aprel tarixinədək info@hip.az mail ünvanına göndərməyiniz xahiş olunur. Əlavə məlumat: https://www.facebook.com/hamilelikdeinkishaf/ Əlaqə telefonu: +99412 5050150

“Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib

Martın 7-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırlanan “Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə səhiyyə sahəsində aparılan islahatlardan, əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün yaradılan infrastrukturdan və həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açılıb. “Hamiləlikdə İnkişaf Portalı” layihəsinin Bakı şəhəri və regionlarda yaşayan gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maariflənməsi və sosial aktivliyinin artmasında faydalı olacağı bildirilib. Belə ki, portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda informasiyalar toplanıb. Android və iOS əməliyyat sistemləri üçün istifadəyə verilmiş mobil tətbiqin əsas üstünlüyü isə ondan ibarətdir ki, burada qeydiyyatdan keçmiş qadınlara hamiləlik müddətinə uyğun həftəlik dəyişikliklər, eləcə də layihə çərçivəsində həyata keçiriləcək sosial tədbirlər barədə məlumatlar göndəriləcək.   Tədbirdə layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi təşkilatları ilə əməkdaşlıq istiqamətlərindən də söz açılıb, iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb. Qeyd edək ki, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi həm də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olub.

“Hamiləlikdə İnkişaf Portalı” layihəsinin təqdimatı keçirilib

Dekabrın 25-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Hamiləlikdə İnkişaf Portalı” layihəsinin təqdimatı olub. www.hip.az portalında hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda mütəxəssislərin hazırladığı materiallar təqdim edilir. Layihənin məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsinə, maarifləndirilməsinə, sosial fəallığının artırılmasına dəstək göstərməkdir. RİİB-in nümayəndəsi Ülviyyə Əkbərova yeni portalın xanımlar üçün geniş və faydalı məlumat bazası olacağını bildirib. Qeyd edib ki, elektron platformada yerləşdirilən və mütəmadi yenilənəcək məlumatlar qadınların bu sahədə maarifləndirilməsinə dəstək olacaq. Səhiyyə Nazirliyinin nümayəndəsi Leyla Məmmədova bildirib ki, reproduktiv sağlamlıq, təhlükəsiz analıq, ailə planlaşdırılması mövzularında internetdə müxtəlif saytlarda yerləşdirilmiş məlumatlar bir-birindən fərqli olduğundan və Azərbaycan dilində yetərincə məlumat olmadığından qadınlar lazımi informasiyaları əldə etməkdə çətinlik çəkirlər. “Hamiləlikdə İnkişaf Portalı” isə xanımlara etibarlı mənbələrdən düzgün məlumatlar əldə etməyə imkan yaradacaq. UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bu layihənin, sadəcə, hamilə xanımların deyil, onların ailələri və ümumi cəmiyyətin maarifləndirilməsi baxımından gözəl başlanğıc olduğunu qeyd edib. “Hamiləlikdə İnkişaf Portalı”nın mobil tətbiqi də istifadəyə verilib. IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqin əsas üstünlüyü bu platformada qeydiyyatdan keçmiş xanımlara hamiləlik müddətində uyğun həftəlik dəyişikliklər, eyni zamanda, layihənin növbəti mərhələlərində baş verən yeniliklər, keçiriləcək tədbirlər haqqında məlumatların göndərilməsindən ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində müxtəlif təlimlər, kurslar, beynəlxalq ekspertlərin iştirakı ilə maarifləndirici sessiyalar və konfransların keçirilməsi də nəzərdə tutulur.  

"Hamiləlikdə İnkişaf Portalı"nın təqdimatı keçiriləcəkdir

25.12.2018 ci il tarixində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırlanmış "Hamiləlikdə İnkişaf Portalı" (HİP) layihəsinin təqdimatı keçiriləcək.