close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

blog

İlk hamiləliyə necə hazırlanmalı?

Hamiləlik,  qadın orqanizmində fizioloji dəyişikliklərdə özünü göstərsə də, burda psixoloji hazırlığı da qeyd etmək olar. Belə ki,  hər bir xanım tibbi diaqnostika ilə bu prosesə fizioloji olaraq hazır ola bilər. Ancaq hamiləliyin növbəti aylarında emosional vəziyyətin dəyişməsi ilə nəticələnən psixoloji hal özünü göstərəcək. Əgər bəhs olunan hamiləlik birinci hamiləlikdirsə, burda psixoloji hazırlıq ikiqat önəmlidir.  Bunları nəzərə alaraq, ilk hamiləlik zamanı xanımların, xüsusilə, edəcəyi iş bunlardan ibarətdir: 1.    İndiki an üçün stressdən uzaq durmaq. İstər hamiləlik, istərsə də digər  situasiyalarda insanları neqativ hallara yönəldən və emosional cəhətdən yoran keçirdikləri gündəlik stress olur. Adətən, hamiləlik dövründə yaşanılan ilkin stressi “xoş stress” də adlandırmaq olar. Çünki, hamilə qadın nəticəsi gözəl olan bir proses üçün həyəcan keçirir. Amma hamiləliyin növbəti aylarında yaşanılan stress, əsəb gərginliyi indiki an üçün həmin qadınlara ikitərəfli zərər yetirir. Unutmaq olmaz ki, hələ dünyaya gəlməmiş körpə ana bətnində ananın keçirdiyi və yaşadığı emosional vəziyyəti “duya bilir”. 2.    Gələcəklə bağlı qayğılar barədə düşüncələrdən uzaqlaşmaq. İlk dəfə övlad sahibi olacağı üçün hamilə qadının hiss etdiyi xoşbəxtlik duyğusu ilə yanaşı, övladı olandan sonrakı həyat tərzi də düşündürür.  Davamlı olaraq, özünə və ətrafına “Mən yaxşı ana ola biləcəm?” sualını verməsi, günbəgün artan bu qayğılar ona psixoloji gərginlik gətirə bilər. Bəzi hallarda bu suallar “Övladıma yaxşı baxa biləcəm?”, “Onu istədiyim kimi böyüdəcəyəm?”, “Əgər onu qoruya bilməsəm?” kimi suallar ilə də əvəzlənə bilər. Bu hal isə hazırkı zaman üçün hamilələrə əlavə gərginlik və psixoloji təzyiqdən başqa bir şey verəməyəcək. Buna görə də, hamiləliyin düzgün psixi sağlamlıq çərçivəsində inkişafını təmin etmək üçün, ana olmağa hazırlaşan qadınlar gələcəklə bağlı qayğıları özlərindən uzaqlaşdırmalıdır. İndiki ana diqqətlərini yönəldərək, həm də psixoloji cəhətdən rahat bir hamiləlik keçirə bilərlər. Adətən, ilk hamiləliyə hazırlıq prosesi üç mərhələdən keçir: 1.       Hamiləlik haqqında məlumatın əldə olunması 2.       Hamiləliyə psixoloji hazırlıq 3.       İlkin hamiləlik Hamilə olduğunu öyrənən xanım ilk olaraq, bunu sevinclə qarşılasa da, məsuliyyətini dərk edərək, çoxlu suallar ilə qarşılaşa bilər. Bu suallar isə, dolayısı yolla  onun hamiləliyə psixoloji baxımdan hazırlaşmasına gətirib çıxaracaqdır. “Mən ana olmağa hazıram mı?” deyə sual qarşısında qalan hər bir hamilə bu düşüncələrini öz yoldaşı ilə bölüşməli və “Mən”i artıq “Biz valideyn olmağa hazırıq mı?” sualı ilə əvəzləyərək, bu suala birlikdə cavab tapmalıdır. Çünki hamiləlik zamanı göstərilə biləcək ən böyük dəstək qadınlara məhz yoldaşı tərəfindən gəlməlidir. Artıq özlərini bu prosesə psixoloji olaraq hazır edən cütlük isə  birlikdə  9 aylıq “səyahət”ə başlaya bilər.    Psixoloq Aidə Səlim

Yoqa - həyat tərziniz kimi

Yoqa - zehninizi gündəlik şəhər həyatının içindəki qarışıqlıqdan ayıraraq, yeniləyir, bədənimizi rahatladır və lazımsız düşüncələrdən uzaqlaşmasına yardımçı olur. Eyni zamanda konsentrasiyanızı artıraraq, yaddaşınızı gücləndirir.   Yoqa xüsusilə onurğa ətrafındakı əzələlər üzərində işləyərək onurğanızın işləməsini daha elastik və güclü edir. Davamlı olaraq yoqa ilə məşğul olmaq gündəlik həyatda zəifləmiş və çalışmayan əzələlərin güclənməsi ilə yanaşı, duruşda olan nöqsanların qaldırılmasına da yardımçı olur. Müxtəlif pozalar vasitəsi ilə əzələlərin işlədilməsi, daxili oraqanların passivliyinin aradan qaldırılması müxtəlif xroniki ağrıların azalmasına da səbəb olur.   Yoqadakı nəfəslə bağlı olan eqzersizlər daha yaxşı nəfəs almamıza kömək edir və ağciyər də daxil olmaqla bütün daxili oraqanların fəaliyyətinə birbaşa və ya dolayı yolla təsir göstərir.   Yoqa ilə məşğul olan insanlar zamanla kainatla bir olma, bütünün bir parçası olduğunu anlayır ki, bu da onun ətrafla daha uyumlu bir halda yaşamasına səbəb olur.    Yoqada hədəflənən sadəcə bədən praktikası deyil, zehin, nəfəs və beyin də əsas hədəflər daxil edilir.   Diqqət, duyumluluq və konsentrasiyada artım kainatla uyumlu olmağı daha da asanlaşdırır və məşğul olan fərdlərin yaşam enerjisinin artmasına yardım edir.   Yoqa praktikasında olan pozalar bədən temperaturunun artmasına və buna bağlı olaraq da tərləmə və toksinlərin artmasına səbəb olur. Davamlı olaraq edilən Yoqa əzələləri gücləndirir, bədənin elastikliyini artırır, onurğa sütununun sağlamlığını bərpa edir. Davamlı olaraq yoqa ilə məşğul olduqda daha parlaq cild, daha yaxşı fəaliyyət göstərən daxili orqanlar, açıq zehin, hüzurlu bədənə sahib olmaqla həyatımızı davam edirik. Sinir sistemi üçün də çox faydalı olan yoqa bədənin ümumi sağlıqlı olmasına böyük dəstək göstərir.   Yaşam enerjisi ilə dolu, bədəninizi və zehninizi kontrol edə bilən birisi olmaq istəyirsinizsə, davamlı olaraq yoqa ilə məşğul olmaq sizə çox faydalı olacaqdır.   Aparılan araşdırmalar nəticəsində yoqanın uzun müddətli məşğul olduqda bir çox xəstəliklərin müalicəsinə çox böyük təsir göstərdiyi sübut olunur. Yoqa praktikası ilə formalaşan fərqlilik özünüzə daha yaxşı qulluq etməniz və daha gümrah hiss etmənizə yardımçı olur. Davamlı olaraq edilən əsnəmə və rahatlama egzersizleri, qan dövranını tənzimləyərək, ürək sağlamlığınızı qoruyur. Eyni zamanda davamlı olaraq edilə yoqa sayəsində vücudda olan iltihab səviyyəsi də azalır və bununla da müxtəlif xəstəliklərdən qorunmuş olursunuz.      Yoqa ilə məşğul olmanın 10 faydası: 1. Fitness: Sadəcə fiziki olaraq deyil, eyni zamanda zehni və duyğusal olaraq tarazlı olduğunuz zaman həqiqətən də sağlıqlı sayılrsınız. Sağlıq sadəcə hər hansı xəstəliyinizin olmaması demək deyil. Bu nə qədər sevgi dolu və coşqulu olmanızla bağlı olaraq həyat dinamikanızın ifadəsidir. Yoqa da məhz burda sizə yardımçı olan ən təsirli vasitədir. Yoqa -  duruşlar, Pranayama ( nəfəs egzersizləri ) və meditasiya ilə birlikdə bütünsəl bir uygulamadır.   2. Kilo vermə: Bir çox insanın, xüsusilə xanımların hər zaman çalışdığı kilo vermə prosesinə yoqanın təsiri əslində çox yüksəkdir. Günəşə salam və Kapal Bhatı nəfəsi Yoqa vasitəsi ilə kilo vermək üçün istifadə edilən yollardan sadəcə bəziləridir. Əlavə olaraq davamlı yoqa praktikas ilə bədənimizin hansı yeməyi nə zaman istədiyi ilə bağlı olaraq daha hissiyyatlı olmamızı təmin edir. Bu da çəki kontrolu üçün vacib şərtlərdən biridir və çəkimizi normal saxlamağımıza yardımçı olur.   3. Stressin azaldılması: Gün içində edilən bir neçə dəqiqəlik yoqa həm bədən, həm də zehində günlük toplanmış stressdən qurtulmaq üçün çox faydalı yoldur. Yoqa duruşları, pranayama və meditasiya stress atmaq üçün faydalı texnikalardır. Yoqa ilə məşğul olaraq siz, bədən üçün detoks, zehin üçün isə destress etmiş olursunuz.   4. Daxili hüzur: Hamımız təbii gözəllikləri zəngin, hüzurlu, sakit yerləri ziyarət etməyi sevir və fərqli zövq alırıq. Ama çox az hissəmiz hüzuru əslində içimizdə də tapa biləcəyimizə inanırıq. Yoqa və meditasiya ilə hər gün öz daxili dünyanıza kiçik bir səyahət edə bilərsiniz. Yoqa eyni zamanda çox narahat və hərəkətli olan zehni sakitləşdirmək üçün ən çox istifadə edilən yollardandır. 5. Güclü immunitet sistemi: Biz bədən, zehn və ruhumuzun qüsursuz qarışımından ibarətik. Bədəndə olan hər hansı kiçik mənfi dəyişiklik zehnə birbaşa təsir edir. Eyni zamanda zehndə olan hüzursuzluq bədəndə hər hansı xəstəliklə özünü biruzə verə bilər. Yoqa orqanları siz hiss etmədən belə masaj edir və əzələləri gücləndirir. Nəfəs teknikləri və meditasiya stressi azaltmaqla yanaşı immuniteti də gücləndirir. 6. Yüksək fərqliliklə yaşamaq: Zehnimiz davamlı olaraq aktivliklə məşğuldur. Keçmiş və gələcək arasında davamlı gedib gəlir, ancaq, çox zaman indiki zamanda qalmırıq. Əslində zehnin bu xüsusiyyətini bilərək, özümüzü sressə düşməkdən qurtara və zehnimizi rahatlada bilərik. Yoqa və Pranayama bu fərqliliyi yaratmağa, zehni daha sakit və hüzurlu qala biləcəyi indiki vəziyyətə gətirməyə yardımçı olur.  7. Daha gözəl münasibətlər: Yoqa həyat yoldaşınız, ana - atanız, dostlarınız və ya sevdiklərinizlə münasibətlərinizi daha yaxşı etməyə yardımçı ola bilər. Rahat, məmnun və xoşbəxt olan zehniniz həssas münasibətlərdə daha düzgün reaksiya verə bilər. Yoqa və meditasiya zehni xoşbəxt və hüzurlu etmə üzərində çalışır, sizə yaxın insanlarla aranızda gücləndirilmiş xüsusi bağlılıq yaradır.   8. Artan enerji: Günün sonunda tamamən tükənmiş hiss edirsiniz? Gün ərzində bir çox iş arasında bəzən bir neçə dəqiqəlik yoqa belə uzun bir günün ardından təzə və energetik hiss etdirir. 10 dəq - lik meditasiya belə ağır iş gününün sonunda sizə mükəmməl gələcək.   9. Elastiklik və tam duruş: Güclü, cəld və elastik bir vücuda sahib ola bilmə üçün sadəcə yoqanı günlük rutininizə əlavə etməyiniz kifayət edir. Davamlı olaraq yoqa ilə məşğul olmaq əzələləri daima hərəkət etdirir və gücləndirir. Ayrıca oturduğunuz zaman, ayaq üstə və ya yatdığınız zaman sahib olduğunuz bədən duruşunu düzəldir və bu da yalnış duruş sayəsində formalaşan ağrılarınızın azalmasına səbəb olur.   10. Daha diqqətli anlama: Yoqa və meditasiya sezgilərinizi inkişaf etdirmək üçün çox güclü təsirə sahibdir. Sezgilərinizlə faydalı və uğurlu nəticələr ala bilmək üçün nəyin nə zaman, necə edilməsi gərəkli olduğunu zəhmət çəkmədən anlayacqsınız. Yoqanın davamlı etməli olduğunuzu unutmayın. Yəni praktika çox önəmlidir. Yoqa praktikasında nə qədər dərinləşsəniz, o qədər çox faydasını görəcəksiniz.  

Hamiləlik zamanı ilkin psixoloji dəstək

  Bəlkə də yazını oxuyan zaman siz ilk və ya ikinci hamiləliyinizi yaşayır, yaxud artıq bu prosesi keçmisiniz. Hamiləlik - ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu bir prosesdir. Bu zaman qadınlar yalnız fizioloji cəhətdən deyil, həmçinin  psixoloji aspektdən də müxtəlif  dəyişikliklər yaşayır. Gün ərzində fərqli hissləri eyni anda yaşamaq, emosional vəziyyətin normadan artıq olması, əhval dəyişikliklərinin stabil qaydada olmaması, deyilən hər bir sözə qarşı aşırı həssas yanaşma hamiləlik psixologiyasında ən çox müşahidə olunan hallardandır. Bu cür halların olması tamamilə təbii olub, ən çox psixoloji dəstəyə ehtiyac duyulan anlardan hesab olunur. Çünki hamilə qadınlar bu vaxt  “həyat yoldaşı” sosial rolundan artıq “ana” modelinə keçid alır. Rol keçidi zamanı isə hamilə qadınlara ilkin psixoloji dəstək mütləqdir. Onlar emosional cəhətdən həssas bir dönəmdən keçdiklərinə görə bu prosesdə hamilələrin yanında olduğunuzu göstərməlisiniz. Hamiləlik zamanı ilkin psixoloji dəstək dedikdə isə, əsas olaraq, həyat yoldaşının hamilə qadınla münasibəti və ünsiyyəti, ona davranışı nəzərdə tutulur. Belə ki, əgər yoldaşınız hamilədirsə, ona bu şəkildə ilkin psixoloji dəstək göstərə bilərsiniz: 1.   Emosional cəhətdən onunla birlikdə olun.   Hamiləliklə əlaqədar olaraq, qadınlar aşırı dərəcədə həssas olur. Sizin ona dediyiniz hər hansı bir söz yoldaşınızın emosiyalarına təsir edər, hətta bəzən onu qıcıqlandıra bilər. Bu zaman kifayət qədər anlayışlı davranıb, onun hisslərinin hal-hazırkı vəziyyətlə əlaqədar olduğunu unutmayın. Sadəcə fiziki baxımından deyil, həmçinin mənəvi cəhətdən də onunla birlikdə olduğunuzu hər daim bildirin. 2.   Yoldaşınız üçün aktiv dinləyici olun. Adətən, evlilik zamanı ən çox rast gəlinən problemlərdən biri tərəflərin bir-birini dinləməməsi, əvvəlki kimi birlikdə vaxt keçirə bilməmək problemidir. Bu problemin, xüsusilə, hamiləlik müddətində da davam etməsi hamilə qadınlar üçün neqativ təsirsiz ötüşmür. Ona görə də bu zaman ərzində yoldaşınızla daha çox ünsiyyətdə olmaq, onunla yaşadıqlarını bölüşmək və dinləməklə bu yolu birlikdə gedə bilərsiniz. 3.   Yoldaşınızdan əvvəlki “o” olmağı gözləməyin. Hamiləlik psixologiyasında daha çox müşahidə olunan hallardan biri də tərəflərdən birinin gözləntilərinin əvvəlki qaydada olmasıdır. Ancaq unutmaq olmaz ki,  qadın hamiləlikdən əvvəl olduğu kimi eyni cür davrana bilməz. Burda həm psixofizioloji dəyişikliklər, həm də hamiləlikdən qaynaqlanan emosional vəziyyətin stabil olmamasının da öz  rolu vardır. 4.   Həkim görüşlərinə birlikdə gedin. Fizioloji olaraq, hamiləlik qadınlara aid proses olsa da, psixoloji cəhətdən bu, həm gələcək ataya, həm də anaya aiddir.  Buna görə də hamiləlik dövründə həkim görüşlərinə belə birlikdə getmək, gələcək ananı bu zaman da tək qoymamaq lazımdır. Çünki psixoloji cəhətdən anada yarana biləcək hər hansı qorxular yaxud itirmək duyğusunun qarşısı da məhz bu formada alına bilər. 5.   Övladınızın gələcək həyatı ilə bağlı birlikdə planlar qurun. Hamiləlik zamanında yaşanıla biləcək hər hansı psixoloji gərginliyi aradan qaldırmağın yolu gərginliyi xoş hisslərlə əvəz etməkdir. Bunun üçün övladınız barədə birlikdə planlar qura, onun sizin həyatınızda ifadə etdiyi rolu yazılı şəkildə təsvir edə bilərsiniz. Bu zaman şüuraltı olaraq, sizdə artıq müsbət fikirlər, düşüncələr və xoş duyğular yaranacaqdır.                                                                                                      Psixoloq Aidə Səlim