close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Hamiləlik və alkoqol

Hamiləlikdə alkoqol qəbulu tamamilə arzuolunmaz bir haldır.

Alkoqol hələ ağızda ikən qana qarışmağa başlayır.Qana keçən alkoqol cift qan dövranına, oradan da embrion(döl) orqanizminə keçir.Alkoqol inkişaf etməkdə olan orqanizmə toksik təsir göstərir, onun sağlam inkişafını pozur.Embrionun sinir hüceyrələrinin inkişafını, funksiyasını, miqrasiyasını pozur, yaşama müddətini azaldır.Bununla yanaşı döl qan dövranına keçmiş alkoqol qığırdaq və sümük hüceyrələrini zədələyir, bu zdələnmələr inkişafın kritik dövründə olarsa, yenidoğulmuşda üz anomaliyaları inkişaf edir.

Gündə iki qədəh və ya daha artıq alkoqol qəbul edən hamilə qadınların alkoqolun toksik təsirinə məruz qalmış-Fetal Alkoqol Sindromundan əziyyət çəkən uşaq dünyaya gətirmə ehtimalı çox yüksəkdir. Bu sindromun diaqnozu  aşağıdakı 3 kateqoriya əsasında qoyulur:

·         Doğuşdan əvvəl və/və ya sonra inkişaf geriliyi.

·         Üz anomaliyaları-kiçik palpebral yarıqlar, yastı burun kökü, enli burun, incə üst dodaq, normal vəziyyətindən aşağıda yerləşmiş və paralel olmayan qulaqlar və s.

·         Mərkəzi sinir sistemi disfunksiyası: mikrosefaliya, mental retardasiya, hiperaktivlik-diqqət dağınıqlığı və s.

FAS-lı uşaqlarda davranış pozğunluqları, mühakimə qabiliyyətinin azalması, yaddaş pozğunluqları, motor pozğunluqlar çox rast gəlinir.Əl və gözlər arasında koordinasiya pozulmuşdur.

Fetal alkoqol sindromu əqli geriliyin bütün dünyada ən çox rastlanan və qarşısı ən asan alına bilən səbəbidir.

Buna görə də, hamiləliyi planlaşdırdığınız və ya hamilə olduğunuzu öyrəndiyiniz andan etibarən alkoqoldan uzaq durun.Nə qədər içmənin güvənli olduğunu bilmədiyimizdən hamiləlikdə heç alkoqol qəbul etməmək həm sizin, həm gələcək körpəniz sağlamlığı üçün vacib şərtdir.

Mobil proqram .
Proqramla daha sürətli istifadə