close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Hamiləlik və siqaret

Hamiləlikdə siqaret çəkmək çox arzuolunmaz bir haldır,həm dölə, həm ana orqanizminə ,həm hamiləliyin gedişinə bir sıra mənfi təsirləri nəzərə alınmalıdır.

Araşdırmalara görə, qadınlar siqaretdən imtina etməyə ən çox hamiləlik dövründə cəhd edirlər, lakin onların 1/3-i buna nail olur.

Amerika Mama-Ginekoloqlar Cəmiyyətinin tövsiyyəsi davranış terapiyası və 5 A metodudur.

1.Ask-istifadə edib etmədiyini soruş;

2.Advise-imtina etməsini tövsiyyə et;

3. Assess-imtina edib-etməyəcəyini dəyərləndir;

4.Assist-imtina etməyinə  köməkçi ol;

5.Arrange-imtina etməsi üçün həyat tərzini təşkil et.

Tütün dumanı ilə ana qanına keçən CO, nikotin kimi maddələr döl qan dövranına keçir.Siqaret çəkmək düşük, dölün bətndaxili və perinatal ölümü, erkən doğuş,dölün bətndaxili inkişafının ləngiməsi riskini artırır.Siqaret çəkən anaların uşaqlarının  ani uşaq ölümü sindromu riski siqaret çəkməyənlərə nəzərən 3 dəfə artıqdır.

Hamiləlikdə passiv siqaret istifadəsindən də çəkinmək lazımdır.Hamiləlik müddətində  ətrafınızda siqaret çəkilməsinə izn verməyin, əgər çəkilirsə, dərhal oradan uzaqlaşın...

Mobil proqram .
Proqramla daha sürətli istifadə