Hamiləlik əlamətləri


Hər qadının orqanizmi fərqli olduğu kimi , hamiləlik simptomları da hər qadın üçün fərqlidir. Buna görə də siz bu simptomların heç birini hiss etməyə və ya hamısını hiss edə bilərsiniz…Narahat olmayın, bu tam normal haldır.
Ürəkbulanma və qusma.
Ürəkbulanma və qusmalar hamiləlik hormonlarının iş başında olduğunu və hamiləliyin normal gedişini göstərən əsas əlamətlərdən biridir.
Hamiləlik hormonlarının beyninizdəki qusma mərkəzini qıcıqlandırması nəticəsində baş verən bu hal “emesis gravidarum”- hamiləlik qusması adlanır.
Bulantı və qusmalar sizin həyat fəaliyyətinizin keyfiyyətinə və qidalanmanıza şiddətli təsir edərsə , bu hal “hiperemesis gravidarum” adlanır. Bu vəziyyətdə antiemetik dərman preparatı qəbul etməniz vacibdir.
Ürəkbulanmanin səbəbi nədir?
Bu sual bütün hamilə qadınları maraqlandıran mövzulardan biridir.Ürəkbulanma və qusma 70% hamilə qadınlarda müşahidə olunur.Adətən 4-8-ci həftələrdə başlayıb 16-cı həftədən əvvəl azalır.Bəzi qadınlarda 20-22-ci həftəyə qədər, bəzilərində hətta hamiləliyin sonuna qədər davam edə bilər.
Səbəbi məlum olmasa da bəzi fərziyyələr var:
1. Qanda səviyyəsi getdikcə artan hamiləlik hormonu-ß-HCG.
2.Mədə əzələlərinin relaksasiyası.
3.Artan estrogen və progesteron hormonu səviyyələri.
Ürəkbulanma və qusmanın qarşısını almaq üçün nə etməli?
Ø Az-az, tez-tez yemək yeyin.Porsiyaların kiçik olması qidanın tez həzm olunmasına səbəb olacaqdır.
Ø Ürəkbulanmaya səbəb ola biləcək ağır, gec həzm olunan, yağlı,qızardılmış yeməklərdən uzaq durun.
Ø Yataqdan qalxmadan öncə duzlu peçenye və ya suxari yemək faydalı ola bilər.
Ø Zəncəfil kökünün ürəkbulanmaya faydalı olduğu sübut olunub.Düzgün istifadə üçün 1 l suda 1 barmaq uzunluğu və qalınlığında zəncəfil kökü 5-7 dəq qaynadılmalıdır.
Ø Bol su için, bunun üçün susuzluq hissiyyatının yaranmasını gözləməyin.
Ø ACOG B6 vitamini istifadəsinin ürəkbulanma və qusmanın qarşısını almaqda faydalı olduğunu bildirmişdir.antiemetik dərman preparatı qəbul etmədən öncə mütləq həkiminizlə məsləhətləşin!