Cinsi əlaqə


Hamiləlikdə cinsi əlaqə qadınları ən çox maraqlandıran suallardan biridir. İlk 3 ayda ürəkbulanma, qusma, halsızlıq, qoxuya həssaslığın artması kimi səbəblərdən cinsi həvəs azala bilər.Bu əlamətlərin azalması ilə birlikdə 3-cü aydan sonra cinsi istək-libidoda artma müşahidə olunur.Lakin bundan sonra adətən olduğu kimi qalır, hamiləliyin sonuna qədər artıb azalmır.
Hamiləlikdə cinsi əlaqə haqqında:
Yalnış |
Doğru |
Cinsi əlaqə dölə zərər verir. |
Döl amnion boşluğunun daxilindədir.Cinsi əlaqə dölə zərər verə bilməz. |
Cinsi əlaqə infeksiyanın dölə ötürülməsi baxımından riskdir. |
Amnion qişa dölü xarici təsirlərdən qoruyur. |
Orqazm erkən doğuş riskini artırır. |
Orqazm erkən doğuş riskinin azalmasına səbəb olur. |
Orqazm doğuşu induksiya edir. |
Uşaqlıq kontraksiyaları yalnız orqanizm doğuşa hazır olduqda doğuşa başlanğıc verir. |