close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Vitamin A

 

A vitamininin orqanizmdə gedən bir çox proseslərdə iştirak etməsinə baxmayaraq hamiləlik dövründə bu vitaminə tələbat cüzi dərəcədə artır.  Bu, onunla izah olunur ki, A vitamini orqanizmdə toplanmaq qabiliyyətinə malikdir.  Buna baxmayaraq demək olar ki, bütün multivitamin preparatlarının tərkibinə A vitamini daxildir.

Unutmayın ki, A vitamininin defisiti çox az hallarda rast gəlinir.  Daha çox rast gəlinən A vitamininin normadan çox olmasıdır.  Müəyyən səviyyədən çox A vitamini qəbulu dölün böyüməsinə və inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə dölün gözünə və qaraciyərinə. Hamiləlik dövründə A vitamininə olan tələbatı qida rasionuna sarı tərəvəzləri, qaraciyər, süd və yumurta sarısı daxil etməklə ödəyə bilərsiniz. Lakin çalışın ki, bu məhsullardan  həddən artıq çox istifadə etməyəsiniz.  Müvafiq qida əlavələrini yalnız həkiminizin tövsiyəsi ilə qəbul edin.