close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Hamilələr üçün yoqa

Yoqa hamilə qadını həm zehni, həm fiziki, həm ruhən gücləndirən, hamiləlik dönəmini daha rahat keçirməsini təmin edən metodlardan biridir. Yoqa təkcə fiziki hərəkətlər toplusu deyil, bir həyat tərzidir.

Yoqa onurğanın daha uzun və elastik olasına səbəb olur. Duruşrnuzu, gəzişinizi, müvazinətinizi tənzimləyir. Hamiləlikdə bədənin ağırlıq mərkəzinin dəyişməsinə bağlı olaraq yaranan bel, boyun, kürək ağrıları, əzələ spazçaları kimi halların qarşısını almağa kömək edir. Qol, ayaq əzələlərini gücləndirir, çanaq nahiyəsində elastikliyi artıraraq doğuşun daha rahat keçməsinə kömək edir.

Düzgün nəfəs alma texnikası yoqanın ən mühüm tərkib hissələrindən biridir. Düzgün nəfəs almaq hamilə qadına həm stresslə mübarizədə kömək edir, həm də dölün oksigenə təchizatını yaxşılaşdırır.

Bir sıra araşdırmalar nəticəsində sübut olunmuşdur ki, yoga plazmada stress hormonlarının səviyyəsini aşağı salır. Zehni qayğılardan uzaqlaşdıraraq diqqəti hazırki anda toplamağa kömək edir. Artıq yoga dünyada tamalayıcı tibbin bir metodu kimi geniş istifadə olunur.

Hamilə qadın yoqaya hamiləliyin ilk həftələtindən sonuna qədər rahatlıqla davam edə bilər. Bu haqda həkiminizlə məsləhətləşməyi unutmamalıdırlar, əgər daha əvvəl yoga ilə məşqul olmamısınızsa, 12-ci həftədən sonra daha sadə hərəkətlərlə başlamağınız məsləhətdir.

Yoganın doğuşda bir faydası olacaqmı? Əlbəttə! Hər şeydən əvəəl normal doğuşda rolu mühüm olan nəfəs texnikasını öyrənəcəksiniz. Bədəniniz daha elastik olacaq, dölün doğuş yollarından keçməsi asanlaşacaq. Əzələ və oynaqlarınızı idarə etməyi öyrənəcəksiniz. Rahatlama texnikasını öyrənərək doğuş zamanı rahat, sakit olacaqsınız.

Mobil proqram .
Proqramla daha sürətli istifadə