close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Ümumi məlumat

“Hamiləliyin qızıl dövrü” də adlandırılan ikinci trimestr başlandı. Artıq üzərinizdə qara bulud kimi gəzən ürəkbulanma azalacaq, sidiyə daha az gedəcək, gecələr daha rahat yatacaqsınız. Uzun zaman sonra nəhayət ki, özünüzü enerjili və gümrah hiss edə biləcəksiniz.

İkinci trimestrdə hamilə olduğunuz kənardan hiss edilməyə başlayacaq. Çəkinizin artması, bədənin ağırlıq mərkəzinin dəyişməsi, yerişin dəyişməsi sizə xüsusi görkəm verəcək. Artıq hamilə geyimlərinə keçməyin tam vaxtıdır. Çəkinizin artmasından isə narahat olmayın,  qadın həyatının çox özəl olan hamiləliyi rahat və mümkün qədər qayğısız keçirməyə çalışın.

Bir çox hamilə qadın 16-20-ci həftələrdə dölün hərəkətlərini hiss edə bilir. İlk tərpənməni hiss etmə vaxtı hər qadın üçün fərqlidir. Əgər ikinci hamiləlikdirsə, bu hissin necə olduğunu bildiyiniz üçün hərəkətləri daha erkən hiss edə bilərsiniz. İlk hamiləliyinizdə isə dölün hərəkətlərini bağırsağın peristaltik hərəkətlərindən fərqləndirməkdə çətinlik çəkə bilərsiniz.

Hamiləlik zamanı davamlı fiziki aktivlik həm özünüzü enerjili hiss etmənizə səbəb olacaq, həm də əhval-ruhiyyənizi daim yüksək saxlayacaq.

İkinci trimestr səyahət üçün də ən ideal vaxtdır. Enerjiniz yüksəkdir, çəkiniz çox artmayıb, doğuş vaxtınıza da hələ ki çox zaman qalır.

Bu həftələrdə ayaqlarınızda və əllərinizdə şişkinlik müşahidə edə bilərsiniz. Şişkinlik həddən artıq nəzərə çarpırsa, təzyiqiniz yüksəkdirsə, baş ağrılarınız varsa mütləq həkimə müraciət edin. Bütün bunlar təhlükəli bir patologiya-preeklampsiyanın xəbərdaredici əlaməti ola bilər!

Bu həftə aparılan skrinniq müayinə döldə bir sıra patologiyaların təyini üçün vacibdir.

21-ci həftədə dölün uzunluğu 26.7 sm, çəkisi təxminən 360q-dır.

23-cü həftədə dölün üz cizgiləri artıq formalaşıb, əl barmaqlarında dırnaqlar inkişaf etməkdədir.

24-cü həftədə gələcək körpəniz artıq səsləri eşidir, hətta bəzən bu səslərə öz hərəkətləri ilə  reaksiya verir.

Hamilə pilatesi, yoga kurslarına yazılmaqla siz həm fiziki aktivliklə məşğul olub orqanizminizin quruluşunun qeydinə qala, həmçinin eyni problemləri yaşadığınız qadınlarla söhbətləşə bilərsiniz.

Mobil proqram .
Proqramla daha sürətli istifadə