close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Ümumi məlumat

1-ci trimestr – yəni 3 aylıq zaman kəsiyi gələcək körpənizin orqanlarının təməlinin qoyulduğu cə sizing orqanizminizin isə hamiləliyə uyğunlaşdığı bir dövrdür. Bu müddət ərzində hamiləliyin ilkin əlamətləri – aybaşının kəsilməsi, ürəkbulanma, qusma, hipersalivasiya – ağız suyu ifrazının artması, süd vəzilərində şişkinlik kimi simptomlar müşahidə olunur. Və bu trimestrdə skrininq müayinələr daha çoxdur.

Hamilə qalmağı planlaşdırdığınız müddətdə və hamiləliyin ilk həftələrində gündəlik fol turşusu qəbulu sizin gələcək körpənizi sinir borusu defektindən qoruyur.

Ovulasiya zamanı yumurtalıq daxilindəki böyüməkdə olan follikul partlayır, daxilindəki yetişmiş, mayalanmaya hazır olan yumurta hüceyrə qarın boşluğuna düşür, oradan fallop borularına ötürülür. Əgər yumurta hüceyrə boruda spermotozoidlə mayalanarsa, gələcək körpənizin orqanizmini əmələ gətirəcək hüceyrə-ziqot əmələ gəlir.

Hamiləlik zamanı həftədə 2 dəfə balıq yeməyə çalışın. Balıq əti omega-3 ilə zəngindir, omega-3 isə dölün beyninin, gözlərinin inkişafı üçün mühüm qida komponentlərindən biridir, həmçinin sizin sağlamlığınız üçün vacibdir.  Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, omega-3 hamiləlik sonrası depressiyanın qarşısını almağa kömək edir. Orqanizmin ehtiyacı olan D vitamininin 90%-i dəridə günəşin ultra-bənövşəyi şüalarının təsiri nəticəsində əmələ gəlir. Qida ilə D vitamininə tələbatın yalnız 10%-ni ödəmək mümkündür.  Buna görə də açıq havada çox olmaqa çalışın. Açıq havada gəzinti sizə yuxunuzu tənzimləməkdə, oksigen qəbulu üçün, həm də çəkinizə nəzarət etməyə kömək edəcək. Mayalanmanın baş verməsi üçün ən uyğun zaman ovulasiyadan 2 gün əvvəl – 2 gün sonranı əhatə edən zaman kəsiyidir. Gündəlik qidalanma rejiminizə diqqət etməyə, kifayət qədər açıq havada olmağa, stressdən uzaq durmağa, gecə 6-7 saat yatmağa çalışın. Erkən inkişafın bu kritik mərhələsində sinir borusu sürətlə inkişaf edərək baş və onurğa beyninin əsasını qoyur.

6-cı həftədə artıq embrionun ətraflarını əmələ gətirəcək çıxıntılar formalaşır. 7-8-ci həftələrdə baş gövdəyə nəzərən daha sürətlə inkişaf edir. Ətraflar böyüməyə davam edir. 9-cu həftədə embrion insan embrionu quruluşunu alır, üz cizgiləri formalaşmaqa başlayır. Ürəkbulanma və qusmanın qarşısını almaq üçün səhərlət duzlu peçenye yeyin. Zəncəfilli çay da ürəkbulanmaya qarşı effektivdir.

Plazmada hormon səviyyələrinin sürətlə artması nəticəsində əhval-ruhiyyəniz qeyri-stabil ola bilər, halsızlıq, yuxululuq müşahidə oluna bilər. Lakin hamiləlik müddətində stressdən  uzaq, müsbət emosiyalarla zəngin həyat tərzi keçirməniz həm özünüz, həm bətninizdə böyüyən gələcək körpəniz üçün mühüm şərtdir.

1-ci trimestrin sonuna doğru hamiləlik müddətində sıx əlaqədə olacağınız, suallarınizi, sizi narahat edən mövzuları yönəldə biləcəyiniz həkiminizi seçməniz önəmlidir. 11-14cü həftələrdə aparılan USM hestasiya müddətinin hesablanmasında əsas diaqnostik üsuldur.

Mobil proqram .
Proqramla daha sürətli istifadə