close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Qidalı mikromaddələr

 

Siz balanslaşdırılmış şəkildə  qidalanmağa çalışsanız  belə, hamiləlik dövründə orqanizmin vitaminlər, mineral maddələr və mikroelementlər kimi  vacib qidalı mikromaddələrlə əlavə təminatına ehtiyac yarana bilər. Bu maddələr orqanizmdə cüzi dərəcədə toplandığından çatışmazlıq çox asan meydana çıxa bilər. Nəzərə alın ki, artıq iki orqanizm qidalı mikromaddələrlə təmin olunmalıdır.

Balanslaşdırılmış qida  rasionu hamiləlik və döşlə əmizdirmə dövründə mineral maddələrə və vitaminlərə tələbatı ödəyə bilər. Lakin əgər Siz orqanizminizin lazim olan qidalı maddələri tam şəkildə almasına əmin deyilsinizsə, həkiminizlə məsləhətləşin.

Bəzi hallarda həkimlər vitamin preparatlarını təyin etməyi məqsədəuyğun hesab edirlər.  Məsələn, hamilə qadınlara fol turşusu qəbul  etmək tövsiyə olunur. Bəzi hallarda qida rasionunun  balanslaşmış olmasına baxmayaraq əlavə dəmir, yod, sink, Omeqa -3 kimi maddələrin əlavə təyin olunmasına ehtiyac yarana bilər.