Qida məhsulları ilə infeksiyalaşma


Nəzərəçarpan əlamətləri olmayan, və hətta simptomsuz keçən bir sıra infeksion xəstəliklər dölün inkişafına ciddi mənfi təsir göstərə bilər.
Listerioz
Listerioz nadir təsadüf edilən ağır zoonoz infeksiyadır. Hamiləlik dövründə listerioz riski 20 dəfə yüksəlir. Listerioza yoluxma hallarının 1/3-i hamiləlik zamanı baş verir. Törədici: Listeria monocytogenes-dir.
Ötürülmə yolları: alimentar (yoluxmuş qida)u şaquli transmissiya (hamiləlik dövründə – cift və dölyanı maye vasitəsilə, doğuş zamanı – ananın qanı və uşaqlıq yolu ifrazatı vasitəsilə)
Anada listerioz infeksiyası, adətən, retrospektiv olaraq müəyyən olunur. Belə ki, bir çox hallarda listerioz yüngül qrip əlamətləri və sidik yollarının infeksiyası əlamətləri ilə təzahür edir. İmmunitetin zəifliyi fonunda meningit, pnevmoniya və ensefalit inkişaf edə bilər. Listerioz aşağıda qeyd olunan hallara gətirə bilər:
- Özbaşına abort
- Vaxtından əvvəl doğuş
-Dölyanı mayenin vaxtından əvvəl axması
- Dölün ölümü (hər 5 infeksiyalaşmış döldən biri ölü doğulur)
-Neonatal meningit (səbəblərin sırasında 3-cü yeri tutur)u
- Neonatal ölüm (yüksək ölüm faizi: 10-50%, xüsusilə II vəu III trimestrlərdə yoluxma zamanı)
- Yenidoğulmuşun az kütləli olması
- Sepsis
Dölün hamiləliyin gec dövrlərində anadan yoluxması daxili orqanların çoxsaylı zədələnmələrinə, dölün və ya yenidoğulmuşun ölümünə gətirə bilər.
Klinik təzahürlər çox müxtəlif olduğundan əsas əhəmiyyət laborator müayinələrin nəticələrinə verilir. Müayinə materialı kimi burun-udlaqdan və əsnəkdən selik, gözdən ifrazat, uşaqlıq yolundan ifrazat və qan götürülür, xüsusi mühitlərdə əkilir.
Profilaktika
- baytarlıq-sanitar və sanitar-gigiyenik tədbirləri
- çiy və istifadəyə hazır ərzaq məhsullarının ayrı-ayrıu saxlanılması
- ət və süd məhsullarının mütləq qaydada ciddi termik işlənməsi
- qida bloklarının, aqrosənaye komplekslərinin, ət-süd kombinatlarının işçilərinin bakterioloji müayinəsi
Hamilələr və risk qrupuna daxil olan insanlar heyvanlara qulluqla əlaqəli işdən azad olunmalıdırlar.
Generəlizə olunmuş listerioz hamiləliyin pozulmasına göstərişdir. Doğuş – təbii doğuş yolları ilə aparılır. Döşlə əmizdirməyə əks göstəriş yoxdur.
Listeriyaya yoluxma riski
Yüksək risk Aşağı risk Profilaktika
Yaşıl salat Kök, pomidor Tərəvəzləri yaxşı yumaq
Mollyusk, dəniz Çiy dəniz balığı İstifadə etməmək
məhsulları
Kifli pendir ( romadur, Bərk pendirlər Pendir aldıqda onun necə hazırlandığı
rokfor, kamamber, bri), çiy barədə soruşmaq
süddən hazırlanmiş pendir
( rikotta, feta)
Salyami, kolmasa-ət paştetləri, Yaxşı bişməmiş ət Əti yaxşı bişirmək və qızartmaq
çiy ətdən hazırlanmış ( mikrodalğalı sobada bu heç də məmulatlar həmişə alınmır)
Açıq qabda ( hətta soyuducuda
belə) saxlanılmış konservlər, İstifadə müddətinə riayət etmək, açıq
mayonez qabda saxlamamaq
Qida məhsullarının uzun müddət Yeməyi uzun müddət saxlamamaq,
saxlanılması ( o cümlədən bişirdikdən sonra dərhal istifadə
soyuducuda) etmək
Toksoplazmoz
Toksoplazmoz – müxtəlif klinik təzahürlərlə səciyyələnən və dəqiq simptomları olmayan parazitar xəstəlikdir. Hamilə qadınların 40-55%-i seroneqativdir. Hamiləlik zamanı toksopazma inyeksiyasına birincili yoluxma tezliyi Avropada 2,4-16/1000, ABŞ-da 2-6/1000 təşkil edir. Hamiləlik zamanı birincili infeksiya nəticəsində dölün anadangəlmə infeksiyası riski 20-50% arasında tərəddüd edir. Diri doğulmuşlarda anadangəlmə toksoplazmozun rastgəlinmə tezliyi 0,3/1000 təşkil edir.
Törədici – Toksoplazma gondii - ibtidailərə aiddir.
Ötürülmə yolları:
-alimentar - əsas mənbə: kifayət qədər bişirilməmiş ət (30-63%), yuyulmamış meyvə-tərəvəz, torpaqla təmas (6-17%), xəstə pişiklərin nəcisində olan oositlərlə çirklənmiş su və torpaq
-vertikal
Yalnız hamiləlik zamanı birincili infeksiya hallarında Toksoplazma gondii anadan dölə yoluxa bilər.
Birincili toksoplazmoz əsasən simptomsuz keçir, nadir hallarda qeyri-spesifik qripəbənzər əlamətlər müşahidə olunur. Birincili infeksiya epizodundan sonra parazit orqanizmdə latent sistlər şəklində qalır.
Anadangəlmə toksoplazmozlu uşaq üçün aşağıdakı simptomlar triadası xasdır: kəllədaxili kalsifikatlar (15%)u xorioretinit (15%)u hidrosefaliya (yalnız 5% hallarda)
Hamiləlik zamanı toksoplazmozun törədicisi cift vasitəsilə keçərək, dölün bətndaxili ölümünə, bətndaxili inkişafının ləngiməsinə, əqli inkişafının ləngiməsinə, eşitmə qüsurlarına və korluğa səbəb olur. Sarılıq, trombositopeniya, spastik parezlər, mərkəzi iflic, epileptik tutmalar, gözün xorioretinitindən tutmuş, mikroftalmiya və göz almasının olmaması kimi kobud üzvi pozulmalarla müşahidə oluna bilər.
Hamiləlikdən əvvəl toksoplazmoza yoluxan qadınlarda (xronik və ya latent infeksiya) törədicinin dölə ötürülməsi sübut olunmayıb. Bu immun sistemin dölü yoluxmadan mühafizə etməsi ilə izah olunur.
Birincili yoluxma təhlükəsi hestasiya müddətinin artması ilə yüksəlir (hamiləliyin 7-ci həftəsində – 6%, hamiləliyin 34-cü həftəsində – 93%). Anadangəlmə toksoplazmozun təhlükəsi və onun ağırlıq dərəcəsi hamilənin yoluxma vaxtından asılıdır: erkən yoluxma zamanı xəstələnmə riski aşağı olur, lakin onun əlamətləri özünü daha qabarıq birüzə verir. Yoluxma hestasiyanın ilk 13 həftəsində baş verdikdə (61%), xəstəliyin klinik əlamətləri daha qabarıq təzahür edir. Yoluxma hamiləliyin III trimestrində baş verdikdə, xəstəliyin simptomsuz formaları üstünlük təşkil edir. Hamiləliyin 36-cı həftəsində yoluxmada yalnız 9% hallarda klinik əlamətlər müşahidə olunur. Keçirilmiş infeksiya gələcək hamiləliyə təsir göstərmir.
Toksoplazmozun diaqnostikası seroloji müayinənin nəticələrinə əsaslanır. Hamiləliyin I trimestrində IgM(-), IgG(-) infeksiyasının olmamasını göstərir. Hamiləliyin 22-24-cü həftəsində və doğuşdan əvvəl müayinəni təkrarlamaq olar. Təkrar müayinələrdə serokonversiya qeyd olunduqda, dölün infeksiyaya yoluxmasını müəyyən etmək məqsədilə amniosentez və PZR müayinəsi aparılır və bundan sonra müalicə təyin olunur. IgM(+), IgG(-) olduqda birincili infeksiya diaqnozu qoyulur. 2 həftədən sonra IgG təkrar yoxlanılır. Təkrar JgG müsbət olduğu təqdirdə müalicə təyin olunur.
JgG-nin təkrar müayinəsinin nəticəsinin (-) olması IgM-nin yanlış-müsbət olduğuna dəlalət edir. IgM(+), IgG(+) olduqda, IgM-in 3 aydan 2 ilədək müsbət qalması nəzərə alınaraq, yoluxmanın vaxtı avidlik testi ilə təyin olunur.
IgM(-), IgG(+) olması immunitetin mövcudluğunu göstərir. Müayinələrin davam edilməsinə və müalicəyə ehtiyac yoxdur
Birincili toksoplazmoz diaqnozu təsdiq olunmuş hamilələr və güman edilən və ya təsdiqlənən anadangəlmə toksoplazmozlu yenidoğulmuşlar müvafiq mütəxəssislərlə birgə aparılmalıdır . Profilaktika
Antenatal xidmət müəssisəsinin tibb personalı hamiləyə şəxsi profilaktika barədə məlumat verməlidir:
-Qida tam bişirilməlidir
- Meyvə-tərəvəz diqqətlə yuyulub təmizlənməlidir
- Torpaq və qumla işlədikdə əlcək geyinilməlidir
- Torpaqla kontaktdan sonra, pişik ifrazatını təmizlədikdən vəu ya hər hansı kontaktdan sonra çirkli əllər ilə ağıza toxunulmamalıdır
- Əllər təmiz yuyulmalıdır
- Çiy və ya tam bişirilməmiş ət məhsulları qidada istifadə edilməməlidir
- Çiy və ya tam bişirilməmiş (qızardılmamış) ətlə kontaktdan sonra ağıza toxunulmamalıdır
I trimestrdə anadangəlmə toksoplazmozun inkişafı riskinin az olmasına baxmayaraq, dölün ağır zədələnmələri ehtimalı hamiləliyin pozulmasına göstərişdir. Anada birincili infeksiya təyin olunduqda və dölün yoluxması təsdiqləndikdə (amniosentez və USM zamanı dölün beynində pozğunluqların olması) hamiləliyin pozulması təklif olunur.
Doğuş - təbii doğuş yolları ilə.
Döşlə əmizdirməyə əks göstəriş yoxdur.
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma