Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik dövründə dəri xəstəlikləri

 

Hormonal dəyişikliklərlə əlaqəli olaraq dəridə də dəyişikliklər qeyd oluna bilər. Bu dəyişikliklərin əksəriyyətinin, məsələn  qarında tünd xəttin, piqmentasiyanın  artmasının ciddi əhəmiyyəti yoxdur və doğuşdan sonra heç bir müalicə aparılmadan keçib gedir. Bəzi hallarda dəri damarlarında olan dəyişikliklərlə əlaqəli problemlər yaranır. Əllərdə ( barmaqlar istisna olmaqla) yayılmış qırmızı ləkələr qeyd olunur. Bir çox hallarda bu vəziyyət  orqanizmdə mayenin toplanmasını müşayiət edir. Səbəb venoz qan axınının pozuntusudur. Bədəndə striyalar meydana çıxa bilər. Böyüyən uşaqlıq dərinin kollagen liflərini zədələyir. Müntəzəm olaraq dəriyə qulluq etməklə bu problemləri bir qədər azaltmaq mümkündür.