Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik dövründə peyvəndlər

 

Ümumiyyətlə, çalışmaq lazımdır ki, hamiləlik dövründə peyvənd olunmasın. Hamiləlik dövründə ancaq müəyyən şərtlər daxilində peyvənd edilə bilər. Hamiləliyin I trimestrində diri vaksinin yeridilməsinə yol vermək olmaz. Ən düzgün yol hamiləlikdən əvvəl infeksiyalara qarşı immunitetin olub-olmamasını müəyyən etməkdir. Gələcək ana üçün ən vacib olan məxmərək, tetanus, difteriya və göyöskürək kimi xəstəliklərdən  müdafiədir.  

Hamiləlik zamanı immun sistemdə dəyişikliklər qeyd olunur. Bu dəyişikliklər antitellərin hasilatının azalması ilə təzahür edir.  Bu səbəbdən xəstəlik törədiciləri  orqanizmdə  daha sürətlə çoxalır. Belə olan halda  diri vaksinin yeridilməsi ananın immun sistemi üçün əlavə yük rolunu oynayır. Ən xoşagəlməz halda döl üçün də təhlükəli ola bilər. Peyvənddə zəifləmiş də olsa diri xəstəlik törədicisi olduğundan onlar adi bakteriyalar kimi artıb çoxalırlar. Vaksin ananın özünə təsir etməsə də, dölə neqativ təsir göstərə bilər. Bunu nəzərə alaraq hamiləlik dövründə istənilən peyvənddən yayınmağa çalışmaq lazımdır.

Təsirsiz vəziyyətə gətirilmiş (öldürülmüş) zərdablarla peyvəndə icazə verilməsinə baxmayaraq hər dəfə hamilə qadının peyvənd edilməsi məsələsi qoyulduqda ehtimal olunan riski və üstünlüyü ciddi dəyərləndirmək vacibdir. Peyvənd edilməsinə imkan verən əsas şərt real xəstəliyə yoluxma riskinin olmasıdır ( məsələn, hamilə qadın xəstəliyin yayıldığı zonaya səyahət etmək məcburiyyətindədirsə). Digər hallarda peyvəndi hamiləlik başa çatdıqdan sonra aparmaq planlaşdırılmalıdır.