Mədə qıcqırması ( reflyuks xəstəliyi)


Uşağın ölçüləri böyüyür və ananın daxili üzvlərinə təzyiq tədricən artır.
Bu təzyiq ən çox diafraqmanın, ağciyərlərin, qaraciyərin və mədənin üzərinə düşür. Nəticədə ilk olaraq təngnəfəslik və mədə qıcqırması meydana çıxır. Bəzən kiçik porsiyada qida qəbulundan sonra belə döş sümüyünün arxasında küt ağrı qeyd olunur. Səbəb hamiləlik dövründə progesteronun təsiri altında mədə ilə qida borusu arasında olan sfinkterin tonusunun azalmasıdır. Mədəyə təzyiq olduqda mədə möhtəviyyatı maneəsiz qida borusuna qayıda bilər. Mədə turşusu və turş mədə möhtəviyyatı qızqırma verir.
Bununla yanaşı, həzm funksiyasının məhdudlaşması nəticəsində mədə nisbətən yavaş sürətlə boşalır. Ona görə də qida borusuna qayıda biləcək möhtəviyyat uzun müddət ərzində mədədə qalır.
Əgər Siz yeməkdən sonra əyilirsinizsə və ya başınızın altına yastıq qoymadan arxasə üstə uzanırsınızsa, mədə qicqirmasının meydana çıxmasına əlavə imkan vermiş olursunuz.
Mədə qıcqırması zamanı hansı vasitələrin istifadə olunması problemi yaradan səbəbdən asılıdır. Bəzi hallarda vərdişləri, o cümlədən qidalanma ilə əlaqəli vərdişləri dəyişməklə problemi həll etmək mümkündür.
Kiçik porsiyalarda qida qəbul edin və maye için. Yağlı qidalardan və qıcıqlandırıcı vasitələrdən, məsələn kofedən imtina edin.
Ədviyyatlardan, çox şirin qidalardan, qazlı mineral sudan da imtina edin. Əgər axşam saatarında mədə qıcqırması daha çox rast gəlinirsə, yatmazdan əvvəl qida qəbul etməyin.
Kəskin simptomları yüngülləşdirmək məqsədilə oturaq vəziyyətdə yatmaq məsləhət görülür. Bu vəziyyətdə mədə möhtəviyyatının qida borusuna keçməsi çətinləşir.
Mədə turşusunu neytrallaşdıran medikamentlər mövcuddur. Mədə qıcqırmasını aradan qaldıran hər hansı bir vasitə həkim tərəfindən təyin olunmalıdır.
Məsləhətlərimiz:
Mədə qıcqırması ilə yanaşı hamilə qadınlarda ürəkbulanma, qusma, turş gəyirmə də qeyd oluna bilər.
Bu xoşagəlməz əlamətləri aradan qaldırmaq məqsədilə aşağıda sadalanan tövsiyələrə riayət edin:
- Kiçik porsiyalarla gün ərzində 5-6 dəfə qida qəbul edin
- Yeməyi uzun müddət ərzində çeynəyin
- Yağlı və ədviyyatlı yeməklərdən imtina edin
- Şirniyyatdan imtina edin
- Son dəfə yuxudan ən azı 2 saat əvvəl qida qəbul edin
- Yatanda başınızın və gövdənizin yuxarı hissəsinin bir qədər hündürdə olmasına çalışın
- Dar paltar geyinməyin
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma