Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Zülallar

 

Zülallar ( proteinlər) -  insan  hüceyrəsi üçün əsas tikinti materialıdır. Zülallar müxtəlif amin turşularından ibarətdir. Bəzi amin turşuları orqanizmin özü tərəfindən hasil olunmadığından  bu çatışmazlıq qida vasitəsilə  aradan qaldırılmalıdır.

Amin turşuları kiçik kərpiclər kimi müxtəlif üsullarla bir-biri ilə birləşərək müxtəlif uzunluqlu zəncirlər əmələ gətirir. Bunun sayəsində birləşdirici toxuma, dəri, sümüklər, tüklər formalaşır, orqanizmin bir hissəsindən digərinə maddələr nəql olunur ( məsələn, hemoqlobin oksigeni daşıyır), hüceyrələrin ( əzələ və sinir) funksiyası tənzimlənir.

Zülallar qanın laxtalanması, hormonların hasil olunması, infeksiyalardan müdafiə ( yaraların sağalması, antitellərin yaranması hesabına infeksiyalarla mübarizə nəzərdə tutulur) üçün çox vacibdir. Ona görə də gündəlik rasionda zülalların payı 10-15%-dən az olmamalıdır. Bu 280-420 kaloriyə və ya gündə 70-100 qrama müvafiqdir. Hamiləlik dövründə zülallara gündəlik tələbat 15-30 qram artır.

Zülallara tələbatın 50-70%-nin heyvani mənşəli zülalların hesabına ödənilməsi məqsədəuyğundur. Çünki heyvani mənşəli zülallar orqanizm tərəfindən daha yaxşı həzm olunur. Qalan hissə bitki mənşəli zülalların hesabına ödənilməlidir.

 

 

Zülalla zəngin qida məhsulları:

·         Süd və süd məhsulları

·         Ət

·         Balıq

·         Yumurta

·         Paxlalılar

·         Qoz

·         Taxıl

·         Kartof