Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Radikulit

 

Dölün ağırlığı altında  artıq oturaq siniri də özünü yada salır. Sağrı nahiyəsindən budun arxa səthinə yayılan ağrı ilə təzahür edir. Ağrı qəflətən meydana çıxdıqda Siz onurğanı  istənilən yükdən azad etməli, əllərinizlə nəyə isə, məsələn stola,  söykənməli və ayaqlarınızı yaxşıca hərəkət etdirin.  Simptomların azalmasına  isti kömək edir.   370C-yə qədər isidilmiş  albalı tumun  tumu yastığını ağrıyan nahiyənin altına qoyun. Pnevmoyastıqlar da oturaq vəziyyətdə yüngüllük gətirir.

Üfürülmüş rezin top da effektivdir. Yerə uzanın  və yarıya qədər doldurulmuş topu sağrı nahirəsinin altına qoyun. Azacıq aralanmış ayaqlarınızı bir qədər bükün. İndi  topun üzərində həlqəvari hərəkətlər edə-edə əllərinizlə, ayaqlarınızla, bütün bədəninizlə dartının. Bu hərəkətləri  hər dəfə 5 dəqiqə ərzində olmaqla gündə 2 dəfə edin. Doğuşa qədər davam edə bilərsiniz. Gecələr ağrı olduqda elə uzanın ki, ağrı olan nahiyə yuxarıda olsun və dizlərinizin arasına qalın yastıq qoyun. Əgər yaxşılaşma qeyd olunmazsa, həkim ağrıkəsicilər , məsələn parasetamol təyin edə bilər.  Radikulit ağrıları fəqərələrarası yırtıq nəticəsində də meydana çıxdığını nəzərə alaraq, ağrılar qeyd olunduqda mütləq həkimə müraciət etməlisiniz.