Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Yorğun ayaqlar sindromu

 

Hamilə qadınların 10-30%-də yorğun ayaqlar sindromu qeyd olunur. Bu ciddi bir xəstəlik olmasa belə, ayaqlarda ağrı, keyimə, ödem və ya göynəmə kimi əlamətlər hamilə qadını narahat edir. Bəzi hallarda qeyd olunan əlamətlər əllərdə də qeyd olunur. Simptomlar hamilə qadın sakit vəziyyətdə olduğda, xüsusilə axşam və gecə saatlarında qeyd olunur. Bu da yuxu pozuntuları və nəticə etibarilə gün ərzində halsızlığa, yorğunluğa gətirir. Bu halda hamilə qadın davamlı olaraq hərəkətdə olmalıdır ki, əlamətlər aradan qalxsın.

Yorğun ayaqlar sindromu hamilə qadını çox narahat etdiyi halda həkim təyinatı ilə  medikamentlərin qəbuluna başlanıla bilər. Bu dərman vasitələrini təyin edərkən həkim mümkün riskləri və üstünlükləri nəzərə almalıdır.

Əksər hallarda doğuşdan sonra ilk həftələrdə əlamətlər aradan qalxır.