close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Karpal kanal sindromu

 

Hamiləliyin III trimestrində  ödemlərin artması bəzi qadınlarda karpal kanal sindromunun meydana çıxmasına səbəb olur. Söhbət biləkdə dar kanalın daha da daralmasından gedir. Bu kanaldan keçən sinir əlin bir çox əzələlərinin işinə cavabdehdir.

Hamiləlik zamanı  toxumalarda toplanmış maye bir və ya hər iki əldə bu kanalı daraltmaqla sinirə təzyiq göstərə bilər. Karpal kanal sindromu inkişaf edən qadınlar əllərinin şişməsi və keyiməsi hissiyyatından şikayət edirlər. Əsasən baş barmaq, şəhadət  barmağı və orta barmaq nahiyəsində  narahatlıq qeyd olunur. Simptomlar gecələr daha çox narahat edir, bu da yuxu pozğunluğuna gətirir. Gecə  ərzində bir neçə dəfə ovucda güclü qaşınma başlanır və qaşınma bütün qola və ənsə nahiyəsinə yayılan ağrılarla müşayiət olunur. Əlin massajı ağrını müvəqqəti olaraq aradan qaldırır. Lakin ağrı tez bir zamanda yenidən başlanır. Xüsusi hazırlanmış şinalar yüngüllük gətirir. Bu şinaları həm gecə, həm də gündüz istifadə etmək olar. Doğuşdan sonra ödemlər çəkilir və əksər hallarda karpal kanal sindromu heç bir müalicə aparılmadan aradan qalxır.

 

Mobil proqram .
Proqramla daha sürətli istifadə