Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Maye qəbulu

 

Maye qəbul etməyi unutmayın! İdman məşğələləri zamanı, məşğələdən əvvəl və sonra orqanizmə çox miqdarda maye tələb olunur.

Məşqlər zamanı tər ifrazı artdığından orqanizmin mineral maddələrə tələbatı da artmış olur. Ona görə də idmanın hansı növü ilə məşğul olmağınızdan asılı olmayaraq mineral su və ya mineral su qatılmış meyvə şirələrinin qəbulu  vacibdir.

 

2 hidrogen və 1 oksigen atomundan ibarət molekul H2O olmadan kainatda həyat mümkün deyil. Boşuna demirlər, su-həyat mənbəyidir. İnsan organizminin 75%-ni su təşkil edir. Hər insan, xüsusilə də hamilə qadınlar kifayət qədər su qıbul etməyə diqqət etməlidirlər. Hamiləlik zamanı qanın həcmi, maddələr mübadiləsinin sürəti artdığı, ana orqanizmi həm özünün, həm dölün mübadiləsinin son məhsullarını xaric etməli olduğu üçün suya tələbat artır. Adi halda su qəbulu hər kq çəkiyə 60-75 ml, hamiləlik müddətində isə 90-95 ml olaraq hesablanır.

Hamiləlik boyunca hər gün 10-12 stəkan su içməyə çalışın. Bunu hər dəfə 1-2 stəkan olaraq bölsəniz sizin üçün daha rahat olar.

  • 1.    Səhər 6:00-8:00 (2 stəkan)

Səhər yuxudan oyandıqdan sonar biri ballı, limonlu, biri adi olmaqla 2 stəkan su için.

Faydaları:

·         Maddə mübadiləsini 24% sürətləndirir.

·         Toksinlərin orqanizmdən atılması prosesini tezləşdirir.

·         Beynin rehidratasiyasına və neyronal aktivliyin artmasına səbəb olur.

·         Həzm sisteminin fəaliyyətini stimullaşdırır.

·         Səhər ürəkbulanma və qusmalarını azaldır.

 

  • 2.    8:00-9:00 (1 stəkan)- Səhər yeməyindən 1 saat sonra.

Faydaları:

·         Immun sistemini canlandırır.

·         Qanın pH-nı neytrallaşdırır.

·         Qığırdaqları və oynaqları nəmləndirir.

  • 3.    11:30-12:00 (2 stəkan) nahardan yarım saat əvvəl.

Faydaları:

·         Orqanizmdə olan piyləri yandırmağa kömək edir.

·         Maddələr mübadiləsini növbəti 30-40 dəqiqə ərzində sürətləndirir.

·         Həzmi asanlaşdırır.

·         Zehni aktivliyi artırır.

  • 4.    13:00-14:00 (1 stəkan) Nahardan 1 saat sonra.

Faydaları:

·         Orqanizmdə sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır, hüceyrələri vaxtından qabaq yaşlanmadan qoruyur.

·         Qan və əzələ hüceyrələrinin əmələ gəlməsini sürətləndirir.

  • 5.    15:00-16:00 (2 stəlan) Çay/qəhvə arasından əvvəl.

Faydaları:

·         Qanda turş mühiti neytrallaşdırmağa kömək edir.

·         Orqanizmdə fermentlərin aktivliyini artırır.

·         Hamilə qadın orqanizmindən toksinlərin xaric edilməsini sürətləndirir.

  • 6.    17:00-19:00 (1 stəkan) Şam yeməyindən 1 saat əvvəl.

Faydaları:

·         Həddən artıq yeməyin qarşısını alır.

·         Yoğun bağırsaq xərçəngi riskini 45%-ə qədər azaldır.

  • 7.    20:00-21:00 (2 stəkan) Şam yeməyindən 1 saat sonra.

Faydaları:

·         Həm embrionun, həm ananın qida maddələrini mənimsəmə sürətini artırır.

·         Qəbzliyin qarşıını alır.

·         Xolesterol sintezini azaldır.

  • 8.    21:30-22:00 (1 stəkan)

Faydaları:

·         Orqanizmdə gün ərzində itirilmiş mayeni əvəzləyir.

·         Ürək damar xəstəliklərinin, arterial hipertenziyanın qarşısını alır.

·         Dərinin daha parlaq, sağlam və canlı görünməsini təmin edir.

·         Gecə boyunca bağırsaqlarda toksin ifraz edən bakteriyaların çoxalmasının qarşısını alır.

Susuzluq hiss etməniz sizi yanıltmasın. Susuzluq hissi orqanizmdə maye çatışmazlığı 1 litrdən çox olduqda yaranır. Uzun müddət az su qəbul etmək tez-tez təkrarlanan baş ağrıları, əzələ ağrıları, xüsusilə hamiləlikdə ürəkbulanma, qəbzlik kimi simptomlarla özünü biruzə verə bilər. Kifayət qədər su qəbul edib-etmədiyinizi sidiyinizin rənginə baxaraq müəyyən edə bilərsiniz. Əgər içdiyiniz su miqdarı nornaldan az olarsa, sidik tünd sarı və kəskin qoxulu olur. Normada isə sidik açıq sarı və ya az qoxulu və ya qoxusus olur.