Hamiləlik dövründə süd ifrazı


Süd vəziləri artıq nəzərə çarpacaq dərəcədə böyüyüb, bəzi qadınlarda gilələrdən az miqdarda şəffaf və ya sarımtıl maye ifraz olunmağa başlayır. Adətən, bir qayda olaraq süd vəzilərində molozivo hamiləliyin 21 həftəsindən sonra hasil olunmağa başlayır. Bəzi hallarda isə molozivo daha erkən dövrdə hasil olunur, sonra tezliklə kəsilir və yenidən hamiləliyin daha gec dövrlərində və ya hətta doğuşdan bir qədər əvvəl ifraz oluna bilər. İkinci trimesrdən etibarən süd vəzlərində kolostrum adlanan “ağız südü” də dediyimiz ilkin süd əmələ gəlməyə başlayır. Kolostrum əvvəl sarı rəngdə və qatı olur, həftələr keçdikcə şəffaflaşır. Kolostrum doğuşdan sonra ana südü sintez olunana qədər körpənizi qida ilə təmin edəcəkdir. Kolostrum vaxtından qabaq doğulmuş körpələrin qidalanmasında da mühüm rol oynayır. Belə ki, əgər vaxtından qabaq doğuş baş verərsə, kolostrum körpənin məhz həmin həftədəki qida ehtiyacını qarşılayacaq şəkildə sintez olunur. Bir çox qadınlarda, ümumiyyətlə, doğuşa qədər süd ifraz olunmur. Hər iki hal tamamilə normal vəziyyətdir. Hamiləlik dövründə süd ifrazının olması və ya olmaması doğuşdan sonra döşlə əmizdirmənin uğurlu olub-olmayacağını proqnozlaşdırmır. Əgər ifraz olunan süd Sizi narahat edirsə, süd vəziləri üçün xüsusi yumşaq bezdən istifadə edə bilərsiniz. Süd vəzilərində xoşagəlməz gərginliyi aradan qaldırmaq üçün soyuq kompress və ya kəsmik çəkmək məsləhətdir. Lakin istənilən halda gilələr bağlı olmamalıdır. Çalışın ki, geyindiyiniz paltar süd vəzilərində diskomfort yaratmasın. Xüsusi mağazalarda satılan byustqalter – vəziyyətdən yaxşı çıxış yoludur. Hamilələr üçün byustqalter döşü bir qədər yuxarıya doğru saxladığından əlavə gərginliyi aradan qaldırır.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri