Eynək də bəzəkdir


Hamiləlik dövründə kontakt linzalardan istifadə etmək məsləhət görülmür. Belə ki, orqanizmdə mayenin toplanması nəticəsində buynuz qişanın qalınlığı və forması dəyişdiyindən linzanın düzgün qoyulmasında çətinliklər meydana çıxır. Hamiləliyin sonunda bəzi hallarda gözlərdə quruluq meydana çıxır. Bu səbəbdən hamilə qadınlara eynəkdən istifadə etmək tövsiyə olunur.
Doğuş zamanı kontakt linzalardan istifadə sancı vaxtı göz damarlarının zədələnməsinə gətirib çıxara bilər.